Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı
26-noy, 11:23 161 Gündəm / Cəmiyyət"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
26.11.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Mülki Məcələsinin 180-cı maddəsini əhatə edən fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. “Qanun və İcra” proqramına müracət edən şikayətçi vətəndaş Nəbiyeva İradə Rəhim qızının şikayəti dinlənəcək və hüquq yollarından danışılacacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik:
1. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.
2. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Mahsum Kamranlı - BDU-nin hüquq fakültəsinin IV kurs tələbəsi
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Fərid Səfərov
AJB-nin üzvü