Göygöldə ər-arvadı maşın vurdu
19-okt, 10:30 44 Gündəm / Hadisə
Göygöl rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, 1952-ci il təvəllüdlü Nurəddin Mirzəyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev





