DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÇAVUŞ ELŞƏN QULİYEV ANILIB
12-dek, 17:17 197 Gündəm / BölgəDekabrın 12-də Vətən müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin xatirəsi yad olunub, məzarına gül-çiçək dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə və yaxınlarına bir daha rayon ictimaiyyəti adından başsağlığı verib və çıxışında deyib: ”Prezidentimiz cənab İlham Əliyev apardığı uğurlu siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Vətən müharibəsində 44 gün ərzində ölkə başçımız cənab İlham Əliyev həm şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi. Prezident cənab İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti xalqımız tərəfindən sona qədər dəstəklənir və biz Daşkəsənlilər də ölkə başçımızın ətrafında yumruq kimi birləşmişik. Bu gün Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Habelə bu yaxınlarda dövlət hesabına rayonumuzun ayrı-ayrı şəhid ailələrinə 17 yeni mənzil verilmişdir və bunun növbəliliklə davamı olacaqdır. Bütün daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Şəhidin anası Səyyarə Quliyeva ailəsinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini