Babək Quliyev UEFA-dan növbəti təyinat aldı

Babək Quliyev UEFA-dan növbəti təyinat aldı
                Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
    
Qaynarinfo xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoru olacaq.

     H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən "Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.