“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO


“Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda “Dünya TV”-nin efirində nümayiş etdirildi.   17.12.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Konstutsiyası 129-cu maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-127-128-ci maddələri  haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.  
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən  şikayətçi vətəndaş Xavər Novruzovanın “Order atasının və anasının adınadır və hər iki valdeyn  vəfat edib. Qardaşı həmin evin özəlləşdirilməsinə razılıq vermir” şikayəti dinlənəcək və hüquqi və həlli yolundan danışıldı.  Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik: 
 

 
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 
  

2. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil 


3 . Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                           
 
Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik. 
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”