Vətən üçün yaşanan ömür -Vüqar Məmmədov


İnsanın keçib gəldiyi ömür yolu onun tale güzgüsüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sahibini olduğu kimi təqdim edir. Bu baxımdan insan həyatının dəyəri təkcə özü üçün etdikləri deyil, həm də yaxın-uzaq çevrəsində tutduğu mövqe, cəmiyyətə göstərdiyi xidmətlərlə ölçülür.
“Xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərəm ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan,  işgüzar, xeyirxah, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli olan Vüqar Məmmədovdur. 
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
 

 Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq.  Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - tanınmış iş adamı, “Xəbərin izi ilə” qəzetinin baş məsləhətçisi Vüqar Məmmədovun hümanist və xeyirxah əməllərindən bəhs edəcəyik.  
Dahilərdən biri deyib ki, yaxşı ürək ən böyük xəzinədir. Bax bu baxımdan Vüqar Məmmədov  xoşbəxt insandır. Ona görə ki, qəlbi, hissiyyatı, mənəvi aləmi sağlamdır. Ona görə ki, dostlara, yaxınlara, ehtiyacı olanlara, şəhid ailələrinə  qarşı çox həssas və diqqətcildir. Və bir də ona görə ki o, sözünə də, işinə də sadiq insandır. Bu keyfiyyətlər bir toplu halında birləşəndə ortada çox maraqlı bir insan obrazı yaranır.
Müdriklər demişkən, “xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Vüqar Məmmədov bu gün də   Vətənə ləyaqətlə xidmətdədir. Onun həyatı bir çox gənc kadrlara bir nümunə, örnəkdir.  

Deyirlər, hər bir insanın müsbət və mənfi aurası olur.  İnsan var ki, ağzını açıb danışanda onunla söhbət etdiyinə peşman olursan. Nə ki, mənfi enerjisi var ötürür sənə. İnsan da var ki, onu görəndə bütün dərd-sərin, problemlərin yadından çıxır. Mübaliğəsiz və tam səmimi deyim ki, Vüqar müəllimi   tanıyandan sonra, onunla hər dəfə həmsöhbət olduqda, necə müsbət auraya malik insan olduğunun şahidi oluruq.  

2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində  xalqımızın torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşmən üzərində tarixi qələbə qazandı. 
 Beləcə, 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində Azərbaycan torpaqları yağı düşməndən xilas olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarını başları üstündə bayraq edən əsgər və zabitlərimiz, igid oğul və qızlarımız bir nəfər kimi Vətənin müdafiəsinə qalxaraq Azərbaycanın haqlı olduğunu dünyaya bir daha sübut etdilər. Bu müharibə həm də xalq-ordu, ordu-xalq birliyinin necə sıx olduğunu göstərdi. 
 Müharibə isə itkisiz olmur. Bu savaşda 3 minə yaxın şəhid və minlərlə döyüşçümüz yaralanaraq qazi oldu. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan oğullarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Vüqar Məmmədov da şəhidlərimizin   xatirəsini daim yaşadacağına, onların yaxınlarına, əzizlərinə lazımi köməklik göstərəcəyinə  söz verib. Onun  qəlbində müqəddəs bir hiss - Vətənə, torpağa olan məhəbbət yaşayır. Vüqar Məmmədov   döyüşlər davam edən müddətdə və daha sonralar da döyüşçülərimizə, şəhid ailələrinə dəstəyini   əsirgəməmişdir.
Vüqar Məmmədov şəhid ailələri ilə mütəmadi olaraq görüşür,  onların  müraciətlərinə qayğıkeşliklə yanaşılır, onların həlli istiqamətində operativ tədbirlər görür. Vətən müharibəsi qəhrəmanı, “Rəşadət” ordenli   leytenant Əliyev Samir Əliheydər oğlunun ailəsindən də öz diqqət və qayğısını əsirgəmir, onlara lazımi köməkliklər göstərir.  Hətta şəhidin nənəsi Cəmilə xanım Əlizadə Vüqar Məmmədovla birgə çalışır. 
O cümlədən Vətən müharibəsində şəhid olan  hərbçilərimizin ailələri ilə  görüşlər keçirilir, onlara mütəmadi olaraq maddi yardımlar edir. 
Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir, şəhid ailələri  hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Nüfuzlu iş adamı Vüqar Məmmədov da  44 günlük müharibədə  iştirak etmiş  bir çox şəhidlərin  ailələrilə  davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalıblar. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür.  
Vüqar Məmmədov həmçinin media sahəsində də çalışır. “Xəbərin izi ilə” qəzetinin baş məsləhətçisidir. Media işçilərindən də  qayğı və köməkliyini əsirgəmir. Bu sahədə də operativ və layiqli işlər görməyə çalışır.  
Bir media işçisi və iş adamı olaraq Vüqar Məmmədov   Vətənimiz, azadlığımız, torpağımz uğrunda canlarından keçən  bütün Şəhidlərimizi sevgi və rəhmətlə yad edəcəyini deyir:  “Torpaqlarımızın bütövlüyü uğunda göz qırpmadan canlarından keçən Şəhidlərimiz mən var olduqca mənimlə bərabər yaşayacaqlar. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, onları hər zaman böyük minnətdarlıq duyğusu ilə xatırlayacağam.    Mənim  vətəndaşlıq borcumdur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu cür cəsur,  igid oğullarımızı daim qəlbimdə yaşadım. Media işçisi və iş adamı kimi  bu gün mən  torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş   oğullarımızın ailələrinə əlimdən gələn köməklikləri etməyə çalışıram. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvoluna çevrilən şəhidlərimiz hər zaman  qəlbimdə əbədi yaşayacaqdır”.
 

Şamil Məmmədəlioğlu
Yazıçı-publisist