Həmişə olduğu kimi tanınmış hüquqşunas Əkbər Yusifoğlunun təqdimatında
23-dek, 20:00 146 Gündəm / CəmiyyətDünya tv kanalında efirə gedən Qanun və İcra proqramı yenə həmişəki kimi öz saatında və günündə sizlərin görüşünə gəlir. Tanınmış hüquqşunaslardan ibarət ekspert qurupunun təhlilləri ilə bu dəfə Konstitusiyamızın 129 cu maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 126, 127 və 128 ci maddəlıri geniş və əhatəli təhlil olunacaqdır. Tanınmış peşəkar vəkillərimizdən Mirzə Xankişiyev, Vüsal Səfərov və Abusəməd Səmədovdan ibarət ekspertlərin də iştirakı ilə proqramla əlaqə saxlayıb problemindən çıxış yolu axtaran Gülzar Əliyevaya hüquqi yardım edilərək problemindən çıxış yolu göstəriləcək.
Həmişə olduğu kimi bu dəfədə canlı olaraq çox maraqlı bir hüquqi təhlillərlə dolu bir proqram izləyəcəksiniz. Hörmətli izləyicilərimiz 24 dekabr saat 14.00 da peşəkar hüquqşunas Əkbər Yusifoğlunun təqdimatında Dünya tv kanalında Qanun və İcra proqramına baxmağı unutmayın.