“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO
25-dek, 11:18 159 Gündəm / Cəmiyyət"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
24.12.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Konstutsiyası 129-cu maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-127 və 128-ci maddələri haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən şikayətçi vətəndaş Gülzar Əliyevanın məhkəmə qətnaməsi ilə “Azyaşlı övladının atadan alınaraq ona verilməsi” ilə bağlı problemlərinin olması baradə şikayəti dinləndi və hüquqi yollarından danışıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik:
1. Abusəməd Səmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Vüsal Səfərov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az"