Biləsuvarda avtomobil KANALA AŞDI: 5 nəfər ÖLDÜ
07-dek, 10:52 7 Gündəm / Hadisə
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Lexus" markalı minik avtomobili kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfərin suda boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov





