Goranboyda 13 yaşlı qız faciəli şəkildə ölüb

Goranboyda 13 yaşlı qız faciəli şəkildə ölüb
Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb.
 Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.
 Kənd sakini - 2012-ci il təvəllüdlü Nərmin Cəfərova yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
 Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
 Faktla bağlı araşdırma aparılır.
 Aygün Mirakif