Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq.

Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq.
“Xezertv.info” xəbər verir ki, Qərbi Azərbaycan Amasiya rayonu icmasında Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq məqsədi ilə Təşkilat komissiyasının növbəti işgüzar iclasını keçirilib. İclasda çıxış edən akademik Abel Məhərrəmov qeyd etdi ki, Ağbaba aşıq mühitinin çağdaş nümayəndəsi Aşıq İsgəndər Ağbabalı yeganə el sənətkarıdır ki, barəsində xeyli məqalələr, ədəbi irsindən örnəklər müxtəlif kitablarda çap edilmiş, haqqında bir neçə kitab işıq üzü görmüşdür. O, bildirdi ki, Aşıq İsgəndər Ağbabalının 100 illik Yubiley ilə əlaqədar hal-hazırda şair-publisist Şəmsi Qoca Monoqrafiya, Şahbaz Balakişiyev isə 2 hissədən ibarət kitab hazırlayırlar. Qərbi Azərbaycan İcmasının Sektor müdürü Əbdüləli Həsənov Aşıq İsgəndər Ağbabalının 100 illik Yubileynin yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini elan etdi. Professor Avtandil Ağbaba görülmüş işlər barəsində müfəssəl məlumat verdi. Şahbaz Balakişiyev “Aşıq İsgəndər  Ağbabalı 100” kitabının ilkin variantının çapa hazır olduğunu diqqətə çatdırdı.  Professor Aslan Bayramov bəzi düzəlişlərə ehtiyac olduğunu nəzərə çatdırdı. Şair-publisist Şəmsin Qoca hazırladığı Monoqrafiyanın çapa tam hazır olduğunu qeyd etdi. Aşıq İsgəndər Ağbabalının oğlu aşıq Faxfur əlavə bir neçə foto materialların da kitaba əlavə edilməsini təklif etdi. Elmar Hüseynov çıxışında bildirdi ki, Aşıq İsgəndər Ağbabalının vaxtilə Şəmkir şəhərində yaşadığı  evin fasadına məlumat lövhəsinin vurulması məqsədi ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə müraciət ünvanlanıb. Akademik Abel Məhərrəmov çapa hazırlanan kitablar üzrə texniki dəstəyi Elmar Kərimova tapşırıdı.
Akademik Abel Məhərrəmov bütün təklif və iradları nəzərə almaqla Aşıq İsgəndər Ağbabalının 100 illik Yubiley ilə əlaqədar hazırlığı qənaətbəxş hesab etdi. O, əlavə göstəriş və tövsiyyələrini verdi. Təşkilat komissiyasının növbəti və yekun iclasının keçirilməsi vaxtını təyin etdi.
Akademik Abel Məhərrəmov Qərbi Azərbaycan İcmasının Sektor müdürü Əbdüləli Həsənovu 60 illik yubileyi münasibəti ilə təbrik etdi və onu “Fəxri Diplom”-la təltif etdi. Qazaxstan Respublikasının “Tacikistan-Əfqanıstan sərhədində döyüşlərin iştirakçıları” Müharibə Veteranları İctimai Birliyinin sədri Murat Muxamedjanovun imzası ilə müharibə veteranı, ehtiyatda olan mayor Əbdüləli Tağı oğlu Həsənov Turan Türk Dövlətləri Müharibə Veteranları Birliyinin “Turan” xatirə medalı ilə təltif olundu. Tədbir iştirakçıları xatirə fotosu çəkdirdilər.