Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR

Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub.
Oxu.Az-ın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub.
A.Kərimlinin digər əmri ilə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə təyin olunublar.
Mədəniyyət Nazirliyindən məlumatı Oxu.Az-a təsdiqləyiblər. 
İlhamə Əbülfət