Vətən və xalq sevgisinin təcəssümü
02-mar, 17:22 185 Gündəm / Cəmiyyət / Sosial8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində...
Vətən və xalq sevgisinin təcəssümü
Xalqımızın ən gözəl və müqəddəs dəyərlərinin daşıyıcıları olan Azərbaycan qadınları tarixən ictimai fəaliyyət baxımından fəallıq nümayiş etdirmiş, dövlətimizin və xalqımızın siyasi, iqtisadi və mədəni həyatına böyük töhfələr vermişlər. Bu gün də Azərbaycan qadını özünün yüksək intellekti, işgüzarlığı ilə fərqlənir, cəmiyyətimizin yüksəlişinə xidmət edən proseslərdə yaxından iştirak edir.
Bu baxımdan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının işgüzarlığının və vətənpərvərliyinin ən gözəl nümunəsi və təqdimatıdır. Mehriban Əliyeva indiyədək təmsil olunduğu bütün platformalarda Azərbaycan qadınının timsalında xalqa xidmət missiyasının ən möhtəşəm nümunələrini yaradıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun həyata keçirdiyi tədbirlər bütün dünyada mədəniyyətimizi uğurla təbliğ edib. Heydər Əliyev Fondu artıq 20 ildir ki, ümid və pənah ünvanı kimi tanınır, Azərbaycan həqiqətlərini əzmlə dünyaya çatdırır, milli mədəniyyətimizin qorunmasına töhfələr verir, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında yaxından iştirak edir.
2005-2017-ci illərdə Milli Məclisin deputatı olan Mehriban Əliyevanın parlamenta- rizm ənənələrinin inkişafında layiqli xidmətləri var. Məhz Mehriban Əliyevanın rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında böyük rol oynayıb.
Mehriban Əliyeva həm də Azərbaycan idmançılarının dostudur. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın səmərəli fəaliyyəti Azərbaycan idmanının inkişafına layiqli töhfələr verir. Olimpiya oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir.
Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva Prezident ilham Əliyevin ona həvalə etdiyi bütün vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında da Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal evsahibliyinin nümunəsini gördü. Mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi, 4-cü İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə evsahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi.
2017-ci ilin fevral ayından isə Mehriban Əliyevanın fəaliyyətində tamamilə yeni bir missiya başladı. Həmin il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi bütün xalqımızı sevindirən, cəmiyyətin bütün təbəqələrinin təqdir etdiyi qərar oldu.
Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından 5 il ötür. Ötən 5 ilin reallıqları göstərir ki, Mehriban Əliyeva özünün yeni missiyasını da layiqincə yerinə yetirir, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Prezident ilham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak edir. Mehriban Əliyeva ilk gündən mühüm sosial məsələləri nəzarətə götürüb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində bədən xəsarətləri almış qəhrəman hərbçilərimizin protezlərlə təmin olunması, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin təcəssümüdür.
Koronavirus pandemiyasının ən gərgin günlərində xalqımız Mehriban Əliyevanın bu problemə həssas münasibətinin şahidi oldu. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən xeyriyyəçilik minlərlə ailəyə, ahıl insanlara böyük maddi və mənəvi dəstək verdi.
44 günlük Vətən müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qaşılandı. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurdakı tarixi və milli abidələrimizin bərpası ilə bağlı həyata keçirdiyi layihələr isə bir daha Mehriban Əliyevanın vətən sevgisinin ifadəsidir.
Vətən müharibəsindən sonra dövlətimiz öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə də Mehriban Əliyeva Prezident ilham Əliyevin inkişaf siyasətinə layiqli töhfələr verməkdədir, O, həm də öz xalqının mərhəmət elçisidi. Qayğıkeş, sevgi dolu, adı kimi Mehriban, elinin, xalqının MEHRİBAN qızıdı.
Hüseynova Könül Asif qızı
Xocavənd rayon Əmirallar kənd tam orta məktəbin direktor əvəzi