Əli Laricaninin öldürülməsinin SİRRİ - İsrail rəsmisi AÇIQLADI
18-mar, 12:52 1 Gündəm / Dünya"İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə hücum İslam Respublikasının ayətullahlarına təzyiq göstərmək strategiyasının bir hissəsi olaraq həyata keçirilib".
Oxu. Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.
"Münaqişənin həlli üçün ayətullah rejimi yox olana qədər təzyiq göstərməliyik. Bir ayətullah rejiminin digəri ilə əvəz olunmasına icazə verməyəcəyik", - deyə mənbə agentliyə bildirib.
Məlumata görə, bəziləri Laricaninin ölümünün Fars körfəzində gərginliyin həlli istiqamətində potensial diplomatik səyləri əngəlləyə biləcəyindən ehtiyat edirlər.
Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən gün İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. İran Prezidenti Məsud Pezeşkian isə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.