Müctəba Xamenei niyə görünmür?


“İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyət arasında görünmür”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əli Bahreyni deyib. 
Onun sözlərinə görə, bununla belə, M.Xamenei səlahiyyətlərini icra etməyə davam edir. 
Xatırladaq ki, martın 8-də İranın yeni Ali Lideri seçilən Müctəba Xamenei həmin dövrdən ictimaiyyət qarşısında görünməyib. Bunun səbəbi ilə bağlı isə xarici mediada müxtəlif versiyalar səsləndirilib.