Sabahdan məktəblərdə dərslər başlayır
30-mar, 11:35 3 Gündəm / Təhsil
Sabahdan Azərbaycanın bütün təhsil müəssisələrində tədris prosesi bərpa olunur.
Qaynarinfo xəbər verir ki, Novruz və Ramazan bayramları ilə əlaqədar verilən tətil artıq başa çatır.
Xatırladaq ki, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olub və şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 11 gün davam edib.
31 mart isə bayramdan sonra ilk iş günü hesab edilir.





