"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
18-apr, 19:20 17 Gündəm / Sosial
Şəki rayonun Cunud kənd sakinləri Əyyubzadə Camal və Azər Məmmədov tərəfindən dövlət başçısına və əlaqədar dövlət qurumlarının rəhbərlərinə və bir nüsxəsi də İfadetv-yə “TVM İnşaat” MMC tərəfindən əməkhaqqımızın dələduzluq yolu ilə ələ keçirilməsinin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi” barədə şikayət müraciəti göndərilmişdir.Müraciətdə qeyd edilənləri dəqiqləşdirmək üçün Camalın anası ilə əlaqə saxladıq. Qeyd etdi ki, Camal tez tez sudurğa xəstəsi kimi evdə postel rejimində müalicə alır. TVM şirkətilə işləyib zəhməthaqqını ala bilməyib evə qayıtdıqdan sonra çox peşimançılıq çəkirdi. Necə oldusa ehtiyatsızlıqdan yıxıldı və bel nahiyyəsindən zədə aldı. Budur. Neçə vaxtdır çoxsatylı müraciətlərinə cavab verən bir dövlət orqanı yoxdur. Evdə vəziyyətimiz ağırdır. Yəni, oğlum işləyib evə çörək gətirirdi. Mən də xırda təsərrüfatla məşğulam. Onun dərmanlarını ala bilmirəm. TVM şirkəti onun haqqını versəydi dərmanlarını alardım. Bəli, ananın ürəkdağlayan sözləri və xəstə oğlunun vəziyyətini əks etdirən videogörüntüyə baxnada sadəcə insanlığın öldüyü bir zəmanədə yaşadığımızın fərqinə varırıq.
Biz media olaraq ağır yataq xəstəsinin və onun iş yoldaşı Azərin müraciətini ictimaiyyətə təqdim edirik:
Mən, Əyyubzadə Camal Əyyub oğlu, 16.01.1992-ci il təvəllüdlü, bildirirəm ki, 14 iyul tarixindən etibarən Göygöl şəhəri, Hacıkəntdə yerləşən TVM-İnşaat mmc şirkətində qaynaqçı vəzifəsində işləmişəm. Təxminən 1 aydan artıq müddət həmin şirkətdə çalışmışam.
Görülən işlərin qarşılığında 955 (doqquz yüz əlli beş) manat əmək haqqım ödənilməli olduğu halda, TVM şirkəti əmək haqqımı mənim əvəzimə İbrahim Nəbiyevə ödəyib. Lakin İbrahim Nəbiyev mənə məxsus pulu verməkdən imtina etmişdir.
İbrahim Nəbiyev mənim kimliyimi alaraq mənimlə müqavilə bağlayacağını vəd etmiş, lakin aldadaraq heç bir müqavilə bağlamamışdır. Bu səbəbdən işdən uzaqlaşmışam.
Bu səbəbdən mənə məxsus əmək haqqı hələ də ödənilməyib.
Bu məsələ ilə bağlı:
Dəfələrlə 102 xidmətinə müraciət etmişik.
Gəncə şəhəri 2 saylı Polis Bölməsinə ərizə vermişik.
142 – Əmək və Sosial Müdafiə Xidmətinə də müraciət etmişik.
Lakin indiyədək məsələ ilə bağlı tədbir görülməmişdir.
Mən, Azər Məmmədov, bildirirəm ki, Göygöl şəhəri, Hacıkəntdə yerləşən “ TVM-İnşaat “ MMC-də texniki işçi vəzifəsində işləmişəm. 3 aydan artıq müddət həmin şirkətdə çalışmışam. Bu müddətdə 1690 manat islediyim isin puludu , əlavə də 500manat pul vermisem səxsi .. Yekun olaraq mənə də bu məbləgdən cəmisi 490manat pul verib , “TVN İnşaat” MMC-nin mənə qaliq borcu 1690 manatdi umumi olaraq.Lakin hələ də müxtəlif bəhanələr gətirib pulumu vermirlər. Dələduzluq edirlər.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İbrahim Nəbiyev barəsində qanunauyğun araşdırma aparılmasını, bizə vurulmuş maddi ziyanın ödənilməsini və məsul şəxsin qanunvericiliyə uyğun şəkildə cavabdehlik (məsuliyyət)daşımasını xahiş ediririk.
Əlavə olaraq bildiririk ki, deyilənlər tam həqiqətə uyğundur.
Əlaqə nömrəsi (İbrahim Nəbiyev): +994 77 516 19 09


Xatırladaq ki,
“TVM İnşaat” MMC-nin rəhbəri-təsisçisi kimdir? Budur, “İfadetv” araşdırdı ki: Ağdam, Füzuli, Xocavənd, Zəngilan Rayonlarının Bərpası, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs 8 oktyabr 2024-cü ilin yanvarında tərəflər arasında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi də həyata keçirilib. Həmin razılaşmaya əsasən Xidmət “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib. Nəzərinizə çatdıraq ki, nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin bir hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Son illərdə müxtəlif ərazilərdə bu 10 manatlıq Nizamnamə kapitalı olan şirkət dəyəri 10 milyonlrala manatlıq tenederlərin hamısının şəriksiz "QALİBİ" olmuşdur. 2025-ci ilin noyabr ayında Zəngilanın Meşəli kəndində tikdirib təhvil aldığı otel fəhlələrinin də pullarını minbir bəhanə ilə verməkdən boyun qaşırmışdır.
İfadetv-nin araşdırma qrupu





