İranda təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan İsveç vətəndaşı edam olunacaq
13-mar, 10:59 140 Gündəmİran Ali Məhkəməsi “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Əsyudun (Fərəcullah Çəəb) edam hökmünü qüvvədə saxlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı İranın rəsmi dövlət mediası bildirib. Qeyd edilib ki, son proses təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında başlanıb. Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Həbib Əsyudun edam hökmünün qüvvədə qalması barədə qərar çıxarıb.
Məhkum “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində çoxsaylı terror əməliyyatları təşkil etməkdə ittiham olunur.
Qeyd edək ki, Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq İrana aparılıb.