“Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları”: “Qayğı və Himayə” Xeyriyyə Fondunun layihəsi 


             “Qayğı və Himayə” Xeyriyyə Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il kiçik qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi verdiyi “Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları” layihəsinin icrasına başlayıb. 1 may tarixindən etibarən, 2 ay müddətində həyata keçiriləcək kreativ layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva media üçün geniş açıqlama verib.  
Layihə rəhbəri bildirib ki, çağdaş dövrdə gənclər fərqliliyə – modernliyə üstünlük verir. Layihə estetik-kreativ yanaşmaları özündə birləşdirərək, Qarabağ müharibəsində igidlik göstərib şəhidlik zirvəsinə ucalmış qəhrəmanların analarının Zəfər ismarıclarını İnternet onlayn/oflayn TV verilişlər formasında indiki və gələcəkdəki nəsillərin nümayəndələrinə çatdırmağı nəzərdə tutur. TV formatlı, estetik cəhətdən vizual dastanlar şəklində hazırlanacaq bu məhsullar İnternet resurslarında, sayt və portallarda, sosial şəbəkələrdə yerləşdirilməklə, yayımlamaqla süni intellekt proqramları, eləcə də gələcək elektron – virtual arxivlər üçün maraqlı, ilkin, sənədli, faktiki mənbə rolunu oynayacaq. Fəaliyyətlər zamanı şəhid ailələrinin evləri ziyarət olunacaq, igidlərimizin analarının iştirakı ilə qəhrəmanların döyüş yoldaşları, dostları, qohumları, ailə üzvlərinin xatirələrindəki qəhrəmanların müqəddəs obrazları tele-estetik formalarda əbədiləşdiriləcəkdir.
Gülayə Rzayeva onu da əlavə edib ki, Zəfər tarixi həm də şəhidlərimizin, qazilərimizin Vətənə çevrilmiş, Qarabağı Azərbaycanlaşdırmış, müqəddəs döyüş yolunun tarixçəsi kimi gənc nəsillərin vətənpərvərlik duyğuları ilə formalaşmasına xüsusi təkan verəcək. İllər, qərinələr, əsrlər ötəcək və bu qəhrəmanlıq dastanları hələ çox nəsillərə Azərbaycansevərliyi təbliğ edəcək, Vətənə məhəbbət, xalqına dəyər, insanlara sayğı hisslərini gücləndirəcək. Şəhid anaları cəmiyyətə daha nümunəvi formada inteqrasiya olunacaqlar, gənc nəsillərin formalaşmasına təsir göstərəcəklər. Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıclarını İnternet onlayn/oflayn TV verilişlər formasında yeni nəsil nümayəndələrinə çatdırılacaq. TV veriliş formatlı, estetik cəhətdən vizual dastanlar şəklində hazırlanacaq bu məhsullar İnternet resurslarında, sayt və portallarda, sosial şəbəkələrdə yerləşdiriləcək, qəhrəmanlıq təbliğatına xidmət edəcək. Yayımlanan vizual məhsullar süni intellekt proqramları, eləcə də gələcək elektron – virtual arxivlər üçün maraqlı, ilkin, sənədli, faktiki mənbə rolunu oynayacaq. Yeni media, portal və saytlarda bu mövzulara yer ayırmaqla həssas ailələr dəstəklənəcək. Sosial şəbəkələrdə mövzu ilə bağlı ayrıca səhifə – resurs yaradılacaq və ardıcıl zənginləşdiriləcək. Təqdimat, eləcə də ziyarət, görüşlər, çəkilişlər zamanı münasibətlərin yaradılması, nəsillər arası şəbəkələşmə baş tutacaq. Eləcə də geniş ictimaiyyət üçün tanıtım və təqdimat mərasimi təşkil olunacaq. Zəfər, yeni nəsillərin vətənpərvərlik ruhunda formalaşması üçün yeni trendlər ortaya qoyulacaq. Gənclərilə müharibə şəhidlərinin ailə üzvləri və veteranların yaxından ünsiyyəti yaratmaqla ortadakı ictimai-sosial biganəlik aradan qaldırılacaq. 
Qarabağa qayıdış prosesinə dəstək olununacaq: o yerləri görməyənlərə dayaq veriləcək ki, nəsillər arasında körpü yaransın. Zəfər, şəhidlər, qəhrəmanlıq və Vətənpərvərlik mövzusunda görüşlər, ziyarətlər, tanıtımlar reallaşdırılacaq ki, yeni nəsil nümayəndələrində milli-mənəvi dəyərlərə sayğı, hərbi-vətənpərvərlik baxışları güclənəcək. Vizual məhsul – İnternet TV verilişlər və virtual kontent yaradan kreativ şəxslərin şəbəkələşməsi baş tutacaq ki, bu zaman yeni hibrid janrlarda interaktiv sənət nümunələri ortaya qoyulacaq. 8 şəhid anasının iştirakı ilə silsilə  İnternet Tv veriliş formatında vizual məhsul yaradılacaq. Sosial şəbəkələrdə ayrıca resurslar və səhifə vasitəsi ilə virtual tanıtım və yayım aparılacaq, daha geniş kütlələrə təsir ediləcək. KİV, sayt, portal və başqa resurslarda layihə, verilişlər, virtual məhsullar haqqında geniş materiallar yayımlanacaq.
İnternet TV verilişlərin çəkilişləri prosesində, eyni zamanda sosial şəbəkə resursu üçün materiallar hazırlanan  zamanı 8 şəhid ailənin yaşadığı bölgələrə baş çəkiləcək, qəhrəmanların yaşadığı məkanlar, oxuduğu məktəblər, basdırıldığı torpaqlar ziyarət ediləcəkdir ki, bu da layihənin real tədbirlər silsiləsini təşkil edəcəkdir.
Fəaliyyətlər nəticəsində könüllülər və peşəkar mütəxəssislərdən ibarət komandanın formalaşdırılacaq ki, onlar bu istiqamətdə peşəkarlaşacaqlar. 
Bakıda layihə və verilişlərin real təqdimatı, şəhid anaları ilə gənclərin görüşü təşkil ediləcək. Hesabatlar veriləndən sonra layihənin davamının hazırlanmasına başlanılacaq, fəaliyyətlər davam etdirilməsi üçün gənc könüllülər səfərbər olunacaqlar.
Jalə Ağakişiqızı