“Dəyərlərimizin kreativ tanıtımı”

“Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması” layihəsi çərçivəsində “Dəyərlərimizin kreativ tanıtımı” kitabının, eyni zamanda www.zekaishiginda.az saytının təqdimatı və ictimai dinləmə dəyirmi masa


25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən 1 fevral 2022-ci iltarixindən etibarən 3 ay müddətində həyata keçirilən “Milli dəyərlərin innovativ-kreativ təbliği: Azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması”  layihəsi çərçivəsində nəşr olunan “Dəyərlərimizin kreativ tanıtımı” elmi-kütləvi kitabının, eyni zamanda, mövzu ilə əlaqədar genişləndirilən www.zekaishiginda.az saytının Təqdimat Mərasimi, eləcə də İctimai DinləməDəyirmi Masa təşkil olundu.

Aktual layihə Azərbaycan milli-estetik dəyərlərin, mental qayda-qanunların, mədəniyyətin, yaşam dünyagörüşlərinin inkişafı, zənginləşməsi, daha da inkişafı, populyarlaşdırılması, dünyanın 55 milyonluq soydaşımızı birləşdirən mental sərvətimiz olaraq müxtəlif formalarda - innovativ-kreativ təbliğinə həsr olunub. 

Layihə ilə bağlı "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, layihə rəhbəri, araşdırmaçı-jurnalist, Prezident təqaüdçüsü Cəmilə Çiçək İsbəndiyarova geniş açıqlama verərərək bildirdi ki, layihə fəaliyyətləri zamanı çalışıblar ki, milli-mənəvi dəyərlərimizdən son illərin Covit-19 koronovirus qadağaları, post-müharibə dövrünün sosial-psixoloji gərginliyi azaltmaq baxımından ictimai-kreativ texnologiya olaraq yararlanaraq gənclərimiz dəstəklənsin. Mental sərvətlər - qeyri-maddi və maddi mədəniyyət abidələrinin, ədəbiyyat və musiqi əsərlərinin, milli günlərinin, xalq bayramlarının, ümumməişət və dini mərasimlərin sosiallaşma, yardımlaşma, insanları birləşdirmə mənasında əhəmiyyəti həddindən artıq böyükdür. Bu baxımdan son illərdə a-sosiallaşan insanlarımızı milli dəyər kontektləri - mental sərvətlər ətrafında birləşməsinə böyük ehtiyac duyulur. Harada yaşamasından aslı olmayaraq, yad mədəniyyətlərin basqısından, liberal dəyərlərin mənfi təsirindən qorumaq, azərbaycançılıq məfkürəsi ətrafında birləşməsi üçün milli dəyərlərin modernləşdirilməsinə, yeni formatlarda təbliğinə daha böyük ehtiyac duyulur. Layihə milli dəyərlərə modern yanaşmaları dəstəkləyir, eyni zamanda keçmişə qayıdışların gələcəyimizin inkişafına təsirlərini ortaya qoymağa yönəlib. Bu baxımdan ictimai-mədəni debatlara, polemikalara, araşdırmalara ehtiyac var.

C.İsbəndiyarova bunu da qeyd etdi ki, milli dəyər kəsb edən bir çox mədəni-tarixi, estetik sərvətlərimizin İnternet – sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Bizi birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə yeni nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün yeni yanaşmalar, fərqli - kreativ formalar tələb edir.

Sadalanan problemlər ətrafında ənənəvi milli dəyərlərimiz ilə müasir dünyanın çağdaş trendlərinin sintezi ətrafında real və virtual formalarda psixoloji-mənəvi, elmi-mədəni araşrırmalar, ictimai-mədəni dinləmə və müzakirə aparılmasını tələb edir. Bu istiqamətdə müxtəlif formatlı materialların hazırlanması, elmi-mədəni toplunun nəşri, İnternetdə - sosial şəbəkələrdə materialların yayılması və yuxarıda göstərilən kimi, geniş ictimaiyyətə çatdırılması vacibdir.  
 Bu istiqamətdə müxtəlif formatda neo-maarifləndirici tədbirlərin təşkili etməklə, layihə fəaliyyətlərinin əsas mahiyyətini müsair insanllara çatdırmaq, yeniyetmə və gənclərimizi əhatələyən a-soiallıqlarla, ictimai-psixoloji gərginliklərlə mübarizədə milli dəyərlərə qayıdaraq, vacib olarsa, onlardan yararlanmaq, humanist dəyərlərimizin insansevərliyini təbliğ etmək aktual məsələ olaraq cəmiyyətimizin qarşısında durur. Azərbaycan insanı olaraq bizi birləşdirən amillərin inkişafı vasitəsilə daha çox soydaşımızı əhatələmək, cəmiyyətin səviyyəsini yüksəldən modern təbliğat formalarına üstünlük verməklə milli-mənəvi dəyərlərimizin inkişafına nail ola bilərik.

Layihənin məqsədi sadalanan istiqamətlərdə müxtəlif formatlı neo-maarifləndirici tədbirlərin təşkil etməklə ictimai-tarixi əhəmiyyətli estetik texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin, günlərin, bayramların əhəmiyyətini qabartmaq, bu istiqamətdə yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı məqalələr, esselər, araşdırmalardan ibarət toplunun nəşri, kağız və elektron formada kitab çapı, yayımı, həmçinin, onlayn TV 1 verilişin çəkilişi və yayımı, İnternetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də təbliğatların gücləndirilməsi, tanıtım tədbirləri reallaşdırmaqdır. Əsas vəzifə milli-mənəvi dəyərlərimizin XXI əsrin yorulmuş, gərginlik içində yaşayan, müharibə və pandemiya təsirindən sarsıntılar keçirən insanlarımıza mənəvi-psixoloji dəstək durmaq, gənc nəslin intellektual-kreativ inkişafını sürətləndirmək, Qarabağın yenidən qurulması yöndə dövlət proqramlarına dəstək vermək, inkişaf etmiş cəmiyyətlərdəki sürətli dirçəlişə bizim insanları motivasiya etmək üçün fəaliyyətləri təbliğ etməkdir.

Müxtəlif formatlı təbliğat tədbirlərinin reallaşdırmaqla ictimai-tarixi əhəmiyyət təşkil edən estetik texnologiyaların - milli-mənəvi dəyər kəsb edən hadisələrin, günlərin, bayramların əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqla, innovativ-kreativ təbliğat kampaniyası üçün aşağıdakı fəaliyyət növləri - işlər həyata keçirilib.

Bu istiqamətdə tədqiqatçıların, yaradıcı insanların, alimlərin, pedaqoqların qələmə aldığı məqalələr, esselər, araşdırmalardan ibarət toplunun nəşrə hazırlanıb. Milli dəyərlərə dair araşdırma yazılarından ibarət kağız və elektron formada kitab çap edilib və elektron formada yayımlanır. Mövzu ilə bağlı İnternetdə onlayn TV veriliş çəkilib və gənclər üçün azad yayımlanır. Sosial şəbəkələr və Feysbukda davamlı olaraq müxtəlif formatlı materiallar yerləşdirilir. Xüsusiləşdirilmiş saytda bu mövzuya dair materiallardan ibarət ayrıca bölüm yenilənib və ardıcıl zənginləşdirilir. İnternetdə, mətbuatda, saytlarda, sosial şəbəkələrdə, yeni mediada, yazılı və elektron KİV-də təbliğatlar, tanıtım aksiyaları aparılır. Layihənin nəticələrinin geniş ictimaiyyətə çatdırmaq üçün təqdimat-müzakirə keçirildi.

Layihə fəaliyyətləri 3 ay boyunca, Azərbaycanı - Bakı, Abşeron, İnternet üzərində soydaşlarımız yaşayan ölkələri, Rusiya, Türkiyə, İran, Gürcüstan, Türksoylu dövlətləri əhatələyib.

Görülən işlərin icrası, real nəticələri haqqında mütəmadi olaraq mətbuat və elektron KİV vasitəsilə məlumatlar geniş ictimaiyyətə çatdırılıb. Bu mövzu ilə əlaqədar verilişlərin hazırlanması üçün müxtəlif telekanallara müraciət edilib. Layihənin davamlılığının təmin olunması üçün milli dəyərlərlə bağlı silsilə tədbirləri həyata keçirmək fikrindəyik. Layihənin icrası, alınan nəticələrin ictimailəşməsi sözügedən sahəyə ictimai diqqətin daha da artmasına təkan verəcək və cəmiyyətdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracaq.

Cəmilə xanım bildirdi ki, yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, QHT-nin saytından  layihə haqqında lazım bilinən informasiyaları almaq mümkündür.

Mütəxəssislər, QHT nümayəndələri, alimlər və dövlət orqanları nümayəndələrinin iştirakı ilə bütövlükdə layihənin nəticələri ilə bağlı ictimai dinləmə və dəyirmi masa yüksək səviyyədə təşkil olunmuşdu, Tədbirdə Respublikanın Əməkdar jurnalisti İntiqam Mehdizadə, Fəxrəddin Meydanlı, QHT nümayəndələri Faiq İsmayılıov, Əkrəm Bəydəmirli, Şair-publisist Rövşən Hüseynli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, Professor Mənsur Cəfərov, YAP Binəqədi RN Ərazi İlk Partiya Təşkilatının sədri və birliyin üzvü, şair-publisist Adil Həmid layihə ilə bağlı  maraqlı çıxışlar etdilər.

Cəmilə Çiçək tədbirin sonunda bir daha Prezident İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, layihəyə, eyni zamanda “Dəyərlərimizin kreativ tanıtımı” elmi-kütləvi kitabın nəşrinə və genişləndirilən www.zekaishiginda.az saytının fəaliyyətinə verdikləri dəstəyə görə minnətdarlığını bildirirdi.

Biz də öz növbəmizdə Cəmilə xanıma tutduğu bu şərəfli yolda yalnız uğurlar arzulayırıq. 


Fərid Səfərov

Araşdırmaçı-jurnalist