Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır
10-may, 10:45 8 Gündəm / Sosial
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.
Oxu.Az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev və xidmətin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub.



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar.
Oxu.Az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.




Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır.
Oxu.Az xəbər verir ki, rəsmilər ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.







Daha çox foto burada: PhotoStock.az
Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır.
Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmi şəxslər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edərək ruhuna dualar oxuyurlar.
Heydər Əliyevin məzarı üzərinə çiçək dəstələri düzüblər.


Heydər Əliyev





