“Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən

“Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən

Planla yaşayan qadın və ya Azərbaycan boyda qəlbində sevgi gəzdirən qadın...

İnsan var ki, yaşadığı ömrü sadəcə özü üçün yaşayır, insan da var ki, ömrünü cəmiyyətə, xalqa, gələcəyimiz olan uşaqlara həsr edir. Belə insanlar öz fəaliyyətləri, davranışları, mənəvi keyfiyyətləri ilə cəmiyyətin yaddaşında xüsusi yer qazanırlar. Məhz belə ziyalı və nümunəvi xanımlardan biri də Gəncə şəhəri 13 saylı körpələr evi–uşaq bağçasının müdiri, Gəncə şəhər GDRTİ-nin MTM üzrə Yeni Azərbaycan Partiyasının sədri, ictimai xadim Pərvanə İmamquliyevadır.
Pərvanə İmamquliyeva fəaliyyəti ilə sübut edən ziyalılardandır ki, qadının gücü yalnız ailə idarə etməkdə deyil, eyni zamanda cəmiyyətin inkişafında, gələcək nəslin yetişməsində, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında da böyük rol oynayır. Onun həyat yolu zəhmətin, məqsədyönlülüyün və insan sevgisinin harmoniyasından yaranan bir nümunədir.
Bu gün Pərvanə xanım haqqında danışarkən ilk olaraq onun planlı və prinsipial həyat tərzi diqqəti cəlb edir. O, təsadüflərlə deyil, düşünülmüş addımlarla yaşayan, hər işini məsuliyyətlə həyata keçirən xanımlardandır. “Planla yaşayan qadın” ifadəsi onun xarakterini ən dəqiq şəkildə ifadə edir. Çünki Pərvanə xanımın gördüyü hər bir işin arxasında böyük zəhmət, düzgün strategiya və gələcəyə hesablanmış düşüncə dayanır.
Gəncə şəhərinin təhsil mühitində xüsusi hörmət qazanan Pərvanə İmamquliyeva uzun illərdir ki, məktəbəqədər təhsil sahəsində yorulmadan çalışır. Körpələrin sağlam, savadlı, milli ruhda yetişməsi üçün göstərdiyi xidmətlər onun peşəsinə olan sevgisinin göstəricisidir. O, hesab edir ki, uşağın ilk təhsil ocağı onun gələcək həyatının təməlidir. Məhz buna görə də rəhbərlik etdiyi 13 saylı körpələr evi–uşaq bağçasında hər bir uşağın qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirilir.
Pərvanə xanım uşaqlarla işləməyi sadəcə peşə deyil, mənəvi missiya hesab edir. Onun rəhbərlik etdiyi kollektivdə uşaqlara milli-mənəvi dəyərlər, vətən sevgisi, böyüyə hörmət, kiçiyə qayğı kimi ali keyfiyyətlər aşılanır. O, hər zaman deyir ki, bu gün bağçada tərbiyə olunan uşaqlar sabah Azərbaycanın gələcəyini quracaq və məhz buna görə məktəbəqədər təhsil müqəddəs bir sahədir.
Pərvanə İmamquliyevanın fəaliyyətində dövlətçilik prinsiplərinə sədaqət xüsusi yer tutur. O, Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri kimi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir. Azərbaycanın inkişafı, təhsilin müasirləşdirilməsi, uşaqların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirən Pərvanə xanım öz fəaliyyəti ilə bu siyasətə töhfə verməyə çalışır.
Azərbaycan qadınının müasir cəmiyyətdəki rolundan danışarkən Pərvanə İmamquliyeva kimi ziyalı xanımlar xüsusi nümunədir. O, öz davranışı, mədəniyyəti, insanlarla münasibəti və yüksək mənəvi keyfiyyətləri ilə ətrafındakı insanlarda böyük rəğbət yaradır. Onun ən böyük xüsusiyyətlərindən biri səmimiyyətidir. İnsanlarla münasibətdə sadəlik və mehribanlıq Pərvanə xanımın xarakterinin ayrılmaz hissəsidir.
Onun qəlbində daşıdığı sevgi yalnız ailəsinə və yaxınlarına deyil, bütün insanlara yönəlmiş böyük bir sevgidir. Elə buna görə də onu tanıyanlar Pərvanə İmamquliyevanı “bir Azərbaycan boyda qəlbində sevgi gəzdirən qadın” adlandırırlar. Çünki o, insanlara sevgini, qayğını və diqqəti həyat amalına çevirib.

Zərur giriş:
İmamquliyeva (Əsgərova ) Pərvanə Mirzə qızı. 16.12.1980-ci ildə Gəncə şəhərində anadan olub. Bağça tədrisində fəal olduğu üçün orta qrupdan bir başa məktəbə göndərilib. 1985-ci ildə Gəncə şəhəri M.Hadi adına məktəbin 1-ci sinfinə qəbul olunub. Birinci Qarabağ müharibəsi dövrünə düşdüyü üçün məktəbini dəyişərək Mir Cəlal Paşayev adına 39 saylı məktəbdə təhsilini davam etdirib.1997-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Universtetinin “Mexanika-Riyaziyyat” fakultəsinə daxil olub. İnformatikaya olan marağı onu “Riyaziyyat-İnformatika” fakultəsinə gətirib. Universteti bitirdikdən sonra Gəncə şəhər Müəllimlər İnstitutunda müxtəlif vəzifələrdə çalışmaqla yanaşı sahibkar fəaliyyəti və ictimai fəal kimi çalışıb. 07.08.2017-ci ildən Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsində çalışır. Eyni zamanda DİA-nın “Dövlət və Bələdiyyə İdarəetmə” fakultəsində təhsil alır. 2021- ci ildən “El gücü” Beynəlxalq Humanitar Asosiassiya İctimai Birliyinin Qərb zonası üzrə qadınlar şurasının sədri vəzifəsini icra edir. Hər zaman şəhid ailələrinin yanında olmağa çalışır. 7 illik iş fəaliyyətində vətənpərvər mövzularla, Azərbaycan Türk münasibətlərinə, şəhid-qazi ailələrinə, böyük şəhər tədbirlərinin təşkilində, təhsilin inkişafı naminə keçirilən bütün tədbirlərdə böyük əzm və fəallıqla iştirak edir.
Vətənə sevgisi kökdən-şəcərədən irəli gəlir. Düz deyiblər: “Ot kökü üstündə bitər”.
Ata babası general Mirzəli Əsgərov Hüseyn oğlu öz dövründə Goranboy, Göygöl rayonlarında birinci katib vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş, şəhid olmuşdur.
Nənəsi Gülnisə xanım ziyalı ailədə dünyaya göz açmış, nüfuzlu ailənin övladıdır.
Ana babası Məmmədov Mikayıl Məhəmməd oğlu Post Sovet dövründə uzun müddət NKVD-nin sədri vəzifəsində çalışmış, ömrünün sonuna kimi kolxoz sədri, məktəb direktoru vəzifələrində çalışmışdır.
Nənəsi Rüxsarə müəllimə nüfuzlu ailənin övladı, Şəmkir bəylərinin nəslindəndir. Çaparlı kəndi, hal-hazırda babasının adını daşıyır.
Atası Əsgərov Mirzə Mirzəli oğlu Ali təhsilli riyaziyyatçı idi. Ömrünün sonuna kimi ticarət sektoru üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Əsl vətənpərvər, vətəni, xalqı üçün əlindən gələni əsirgəməmişdir. Birinci Qarabağ müharibəsi dövründə 6 ay Göygöl rayonunun ərazisində yerləşən kəndləri ərzaq, neft, yanacaqla təmin və yardım etməklə əhalinin turdlarını tərk etməyə imkan verməmişdir.
Anası Əsgərova Nərminə Mikayıl qızı Kimya elmləri üzrə fəlsəfə doktorudur. Uzun müddət ATU-nin baş müəllimi vəzifəsində çalışımış, hal-hazırda dövlətini Almaniya Demokratik Respublikasında layiqincə təmsil etməkdədir.
Qardaşı Namiq İmamquliyev Ali təhsillidir, hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Övladı Musabəy İmamquliyev Həmzə oğlu Azərbaycan Turizm və Menecment Universitetinin məzunu oldu, hal-hazırda ADR Münhen şəhərində EU Business Universitetinin “Marketinq” fakultəsində magistr təhsili alır.
Qızı Nigar İmamquliyeva Biznes və Kooperasiya Universitetinin qiyabi şöbəsində “Turizm işinin təşkili” fakultəsinin 3-cü kurs tələbəsidir. GŞİH MKTİB-nin əməkdaşıdır.
Oğlu Ayxan İmamquliyev Həmzə oğlu bu ilin məzunu adını aldı. Türkiyə Atatürk Universitetinin “Dövlət və Bələdiyyə İdarəetmə” fakultəsinin tələbə adını qazanmışdır.
Əmisi oğlu batalyon komandiri Elşən Zakir oğlu Əsgərov 1992-ci ildə Birinci Qarabağ müharibəsində Ağdərə döyüşlərində öz batalyonunu mühasirədən xilas edərək, özü isə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Vətən müharibəsi dövründə Pərvanə xanımın göstərdiyi mənəvi dəstək də xüsusi qeyd olunmalıdır. O, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına daim diqqət göstərən ziyalılardandır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiramla yanaşan Pərvanə İmamquliyeva gənc nəslin vətənpərvər ruhda böyüməsini vacib hesab edir. Pərvanə İmamquliyeva Gəncə şəhidi, Azərbaycanın qəhrəman oğlu, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Hacı Rauf Əsgərovun əziz xatirəsinə həsr olunmuş “Bir ömür bayatısı” xatirə povestinin maddi dəstəkçisidir. Hətta bu vətənpərvər xanım bir çox şəhidliyə, qəhrəmanlığa həsr olunmuş uğurlu layihələrin rəhbəridir. 

Bağçada keçirilən tədbirlərdə Vətən sevgisi, dövlətə sədaqət və milli birlik mövzuları hər zaman ön planda olur. Çünki Pərvanə xanım yaxşı anlayır ki, uşaqlarda vətən sevgisinin təməli məhz kiçik yaşlardan qoyulmalıdır.
Pərvanə İmamquliyevanın fəaliyyəti yalnız təhsil müəssisəsi ilə məhdudlaşmır. O, ictimai fəaliyyətində də fəallığı ilə seçilir. İnsanların problemlərinə həssas yanaşması, ehtiyacı olanlara yardım etməsi, xeyriyyəçilik tədbirlərində iştirakı onun humanist xarakterindən xəbər verir. Onun üçün vəzifə sadəcə idarəçilik deyil, xalqa xidmət vasitəsidir.
Müasir dövrdə rəhbər olmaq hər kəsə nəsib ola bilər, amma kollektivin sevgisini qazanmaq, insanların etimadını doğrultmaq hər rəhbərin bacardığı iş deyil. Pərvanə xanım isə məhz öz yüksək insani keyfiyyətləri ilə kollektivin hörmət və sevgisini qazanıb. Onun rəhbərliyi altında çalışan insanlar onu tələbkar olmaqla yanaşı, qayğıkeş və ədalətli rəhbər kimi xarakterizə edirlər.
Pərvanə İmamquliyevanın həyat fəlsəfəsinin əsasında zəhmət dayanır. O hesab edir ki, insanın uğur qazanmasının ən əsas yolu vicdanla çalışmaq və öz işini sevməkdir. Məhz buna görə də o, uzun illərdir fəaliyyət göstərdiyi sahədə nüfuz və hörmət sahibinə çevrilib.
Bu gün Azərbaycan qadını dövlətimizin inkişafında mühüm rol oynayırsa, bu uğurların arxasında Pərvanə İmamquliyeva kimi ziyalı xanımların əməyi dayanır. Onlar həm ailənin, həm cəmiyyətin, həm də dövlətçiliyin dayaqlarından birinə çevriliblər.
Pərvanə xanımın həyat yolu gənc qadınlar üçün də böyük nümunədir. O, sübut edir ki, qadın həm peşəkar rəhbər, həm qayğıkeş ana, həm də fəal ictimai xadim ola bilər. Əsas olan məsuliyyət, zəhmət və insan sevgisidir.
Bu gün Gəncə şəhərində onun adı hörmətlə çəkilir. Çünki o, gördüyü işlərlə insanların qəlbində özünə xüsusi yer qazanıb. Hər bir uğurun arxasında isə böyük zəhmət və xalqa xidmət dayanır.
Pərvanə İmamquliyeva Azərbaycan qadınının ən gözəl keyfiyyətlərini özündə birləşdirən ziyalı xanımlardandır. O, milli-mənəvi dəyərlərimizə bağlılığı, dövlətçiliyə sədaqəti, insanlara olan sevgisi və gələcək nəslin yetişməsi naminə gördüyü işlərlə daim örnək olaraq qalır.

PS. Vətəni sevmək fitrətdəndir. Vətəni sevirsənsə onun insanlarına qarşı da qəlbində böyük istək, qayğı və diqqət sonsuz olur. Xalqına, yurduna, vətəninə, doğma Azərbaycanına doğmalıq hissi ilə yaşayan QADIN... Qəlbi bir Azərbaycan boyda sevgi ilə döyünən qadın - Pərvanə Mirzə qızı İmamquliyeva. Nə yaxşı ki, cənnətimiz Azərbaycanın sizin kimi övladları var. Vətən bu cür övladların əməllərində cənnətə dönür...

Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatçısı

Fərid Faiqoğlu Səfərov
AJB-nin üzvü,
“Qızıl qələm” mükafatçısı