Planla yaşayan qadın
18-okt, 16:09 143 Gündəm / CəmiyyətYüksək peşəkarlıq və aydın vətəndaş mövqeyi- iş qadını, yaradıcı insan Sevinc Quliyevanın portret cizgilərinə publısist müdaxiləsi...
Uğura gedən yola özünün sözü ilə desək, “Catacağın mövqeyə, ağlında yaşatdığın zirvəyə diqqəti, foksu heç bir əziyyətdən, maneədən qorxmadan yönəltmək, nə qədər əzablı, çətin olsa belə geriyə dönməmək".
O öz arzularının arxasınca beləcə getdi... Məqsədli olaraq... Hesab edirdi ki, o yox bəs kim? Özü bu yolun başlanğıcının nə ilə bitəcəyini belə ağlına gətirmirdi.
Getdim.. Getdim.. Getdim... deyənlənlərin uğuru daimi və bərəkətli olur. Bu yuxusuz gecələrdi, maddi əngəllərdi, sıxıntılardı, kiçik uğursuzluqlardan doğan yorğunluqlardı... O, da bu yolları bu cür keçdi, sadəcə iradəsi və əzmi hesabına öz ayaqları üzərində durmağı öyrəndi və bacardı. Qalib də ola bildi. Çünki Qadın dedisə edər..
Adətən ilk təəsürat unudulmur. Mən onu belə tanıdım; Sevinc Quliyeva öz zəhmətsevərliyi, özünəməxsus yaradıcılığı ilə alayı ovqat yaradır. Öz iş sferasında “bu mənə aiddi; deyərək ortaya qoyduğu anlamdan hasil etdiyi şirniyyatlara xüsusi doğmalıqla yanaşmasıdı. Bunun adı isə halallıqdı. Sevinc xanımın görünüşündə ilk bsxışda məsum “ilk tanışlıq təəsüratı” canlanır. Sonra fərqinə vardıqca qarşında özünü və prinsiplərini dəyişməyən, zövqündə və əqidəsində sabit iş xanımı vicdanı olan, hamının və hər kəsin belə tanıdığı, artıq yaddaşına hopdurduğu mükəmməl şirniyyatçı obrazı canlanır.
Prinsiplərində dönməz, işinə, iş yerinə sədaqəti ilə seçilən, halallığı fəaliyyət loqosuna çevirən iş adamlarındandı Sevinc Quliyeva.
“Arzularlnızı dilə gətirin”...
Əzmkarlıq uğura aparan yoldu. Onun uğura gedən yolu da beləcə, arzularını yüksək səslə dilə gətirməklə başladı.
“Mən öz zəhmətimlə, bacarığımla ayaq üstə durmağı bacaracam, bu yol mənim yolumdu” söylədi.İnsan o vaxt uğursuzluqlarla üzləşir, özünə verdiyi sözə əməl edə bilnir. Sevinc Quliyeva bunu bacardı. “Tort Sumqayıt” adlı brend onun əzminin, yuxusuz gecələrinin, bu və ya digər sayda əziyyətlərinin, maddi çatışmazlıqlar fonunda əziyyətlərlə başbaşa gəlməsi hesabına yaratdığı Böyük işidi. Çünki Sevinc xanım “Tort Sumqayıt” şirniyyat evini yoxdan, özü heç kəsin dəstəyinə arxalanmadan yaratdı. Bunu yenə təkrarlamaqdan yorulmuruq, güclü, məqsədli qadın söz verdisə edəcək.
Həyatın ən çətin, maddi ehtiyaclarla vuruşduğu vaxtda məqsəd qoydu qarşısına, bu anda özü vurğuladlğı kimi, məqsədinə çatmaq üçün irəliləyəcəkdi nəyin bahasına olursa olsun.
Bu anda özünü daha yaxşı hiss etməyə başladı. Məqsəd və məramı onu ruhlandırmışdı. Artıq xəyalında o uğurlu gələcəyi canlandırmağa başlamışdı.
Buna özünü həyatda tapmaq deyirlər. İlk əvvəl evdə hazırlamağa, kiçik dairəyə öz bacarığlnı bəlli etməyə başladı. Allah üsyan üçün deyil, Tanrı özünə qul yaratdığının üsyanını eşitməz. Ancaq sevimli olanını, onun kəndirindən yapışanı eşidər.
Arada hətta səmimi söhbət də edər, istəklərini dinləyər, özünü ifadə etmək üçün şərait də yaradar. Sevinc xanımda bir xüsusiyyəti tutdum. Arzu və istəklərinin arxasınca gedənlərdə gördüyüm ruhu...
“Üsyan etmədən üsyankar ruhu”...
Sadəcə o qədər ilahicəsinə bir ruh ki?! Situasiyaları anlayan, mərhəmət və insanlıq duyğuları adamın içində kin, qərəz, xudbinlik, haramçılıq, nifrət yaradan hər nəsnəni öldürür. Bu anda ancaq bu yolu tutub gedənlərdi. Ölümdən başqa ünvan yox, yaşamaqdan, öz ayağı üzərində duraraq gözəl yaşamaqdan başqa yol da yox!
Sevinc xanım çıxılmazlıq, maddi çətinliklərlə zəngin dönəmini öz əllərindən çıxan şirniyyatlarla zənginləşdirməyə başladı.
Bu gün o ağır zəhmət öz əməli nəticəsini tapmış, əziyyətlərlə başa gəlmış uğur onun qapısını sevinc və tərəddüd etmədən döyür, çünki uğur onu layiqincə qiymətə mindirənlərə iki gözlə gülər.
Bu gün Zevinc Quliyeva və onun formalaşmış komandası halallığı uğurun əsas sükanı tutaraq sevincini yaratdığı, hasıl etdiyi şirniyatlarda yaşayır. Hər bir şirniyyat növü də yaradıcılıq nümunəsidi, hər bir müəllifin bu məhsullara verdiyi əmək və enerjidi. Gözəllik, ləzzət də elə bu anlarda doğulur.
Bu gözəlliklərin müəllifi bir aciz Azərbaycan qadını deyil, heç buğda yeyib cənnətdən çıxmış biri də deyil, tanrının sədəqə verdiyi ömrü öz şərəfi, dəyanəti, əzmi, qüruru, yuxusuz gecələri, narahat gündüzləri hesabına çətinliklərə qalib gəlmiş bir güclü qadındı. Günahlardan imtina etmə mədəniyyəti olan bir xanım əfəndidi.
Bəzən Sevinc xanım çox yorğun görünür, bu da təbii haldır, o, öz doğma övladı kimi ərsəyə çatdırdığı, qurub yaratdığı “Tort Sumqayıt” şirniyyat evinin rəhbəridir. Bu Brend, bəli, “Tort Sumqayıt” adlı brend müştəri çoxluğunun damaq zövqünə, göz sevincinə, dad həzzinə cavab verən bir missiyanın daşıyanıdır.
Bütün bunlar müştəri sədaqəti, Sevinc Quliyeva sənətinə, halallığına olan bir inam, bir tövhə, bir etibardı. Halallıqdan gələn bir etibara müştəri etibarlılığı, müştəri sevgisi.
Sevinc Quliyeva: Mən hər dəfə, özüm üçün meyar götürdüyüm halallığı öz komandama da sirayət etdirirəm. Məhz halallıqdı, tanrının yolu. Hasilə gətirdiyimiz məhsulların hazırlandıqları ərzaqlar, çərəzlərin keyfiyyəti, bolluğu yerində olmalıdır.
“Uğur halallıqla başlayır”...
Dəqiq ifadədir. Hər kəs xoşbəxtliyini nə vaxt tapmağa özü qərar veməlidi. Bəs nə zaman?
Həyat sevgisini niyə təxirə salmalıyıq ki! Həyat o qədər qısadır. Sağlamlıq, iş və həyat bir dəqiqədə dəyişən anlam deyil. Bunun üçün sağlam düşüncəyə, zəhmət, nikbinlik, dürüstlük və dəqiq bir plan... Ehtiyac əslində bunlara... Bu amalla yaşayanlar üçün isə həyat yaşıl işığını hər an yandırır, Sevinc Quliyeva da bu işığa sığınanlardan biridir. Yaşıl işığınız heç zaman sönməsin, Sevinç xanım!
Hürü Hacızadə
Yazıçı-publisist
Fərid Faiqoğlu
AJB-nin üzvü