İsmayıllıda zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, İsmayıllıdakı zəlzələnin maqnitudası 4,2 bal olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından altı km şimalda, İsmayıllı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 9 km olub.
11:26
İsmayıllıda zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, zəlzələ yerli sakinlər tərəfindən hiss edilib.
Qeyd edək ki, bu gün səhər saatlarında İranda baş verən 5,6 maqnitudalı zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.
Samir İsayev