Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir
29-mar, 20:17 194 GündəmHər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Ədliyyə Nazirliyinin də yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.
Heydər Əliyevin bütün dolğun həyatı, tükənməz fəaliyyəti, parlaq şəxsiyyəti, zəngin irsi və ümumən ona məxsus nə varsa, hamısı Azərbaycan xalqı üçün çox dərin bir örnək nümunəsidir. Bu bir həqiqətdir ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, ölkəni inkişafa, firavanlığa doğru addımlayan dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. O, bir siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və müasr tarixini öz əlləri ilə yazdı. Bu şəxsiyyət ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oyanyıb ki, bu, əsrlər boyu unudulmayacaq, çünki Azərbaycanın hər yerində onun quruculuq fəaliyyətinin silinməz izləri vardır.
“Heydər Əliyev İli” ilə əlaqədar təsdiqlənən Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəlidir. Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə bu il bölgələrdə olduğu kimi, Bakı şəhərində də vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günləri keçiriləcək.
“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində vətəndaşların xahişi ilə yeni ailə həyatı quran gənclərin nikahının, yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli şəkildə qeydiyyat mərasimləri keçiriləcək, onlara müvafiq doğum haqqında şəhadətnamələr təqdim olunacaq.
“Heydər Əliyev İli”nə təsadüf edən doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini yeni ailə quranlar və yeni dünyaya gələn körpələrin valideynləri həyatlarının ən xoş anları kimi daim xatırlayacaqlar. Bu yenilik ümummilli liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olacaq.
“Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacağına əminlik yaradır.
Ədliyyə işçiləri olaraq hər birimiz əminik ki, “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir, müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir.
Mərhum lider Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüs bu gün də layiqli şəkildə davam etdirilir.
Beynəlxalq təcrübəyə əsaslanaraq respublikamızda artıq təməli qoyulmuş elektron müraciət insanların problemini yerindəcə həll etməyə, dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edir. Son illər qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər bu sahədə göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsində uğurlu nəticələrə səbəb olmuşdur. Bu uğurların sabitliyini və dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlərin davamlı olacağına əminik. Elektron informasiya sistemi işimizin daha dan asan və mükəmməl olması üçün bizə böyük yardımçıdır. Bu sahəyə önəm və diqqət verən dövlət başçısı cənab İlham Əliyev “Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 23 sentyabr № 1160 müvafiq olaraq sərəncam imzalamışdır. Sərəncama əsasən, elektron xidmətlərdən istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsi sadələşdirilir. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.İdarəetmə sahəsində qabaqcıl innovasiyaların və yeni texnologiyaların tətbiqi, eləcə də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə görülən işlər çərçivəsində ölkə Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbul olunması elektron xidmətə keçidin sürətləndirilməsində, bu sahədə aparılan islahatların davamlılığının təmin edilməsində xüsusi rol oynamışdır.
Ölkə Prezidenti tərəfindən 2012-ci il 4 sentyabr tarixli Fərmanla "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə" təsdiq edilmiş, yeni sistemə keçidin konkret müddətləri və onun dövlət orqanlarında tətbiqi dairəsi müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib. Fərmana əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
Sevindirivci haldır ki, bu gün ölkəmizdə Vətəndaşların elektron müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunur. Onların haqlı tələblərinin yerinə yetirilməsinə diqqət gücləndirilir. O cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtyacı olan digər şəxslərin müraciətlərinə də xüsusi həssaslıqla yanaşılır. Qeyd olunan məsələlərin həlli barədə onlara lazımi izahat və düzgün istiqamət verilir.
Ədliyyə Nazirliyinin internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi qurulmuş, ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, eləcə də məhkəmə qərarlarının icrası barədə vətəndaşların ətraflı məlumat əldə etmələrinə, elektron qaydada qəbula yazılmalarına imkan yaradılmışdır.
Sevindirici, qürurverici haldır ki, bu gün ölkəmizdə Vətəndaşların elektron müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunur. Bu da nigahın, doğumun artmasının təbliğində çox böyük rol oynayır. Vətəndaşların elektron müraciətlə bağlı haqlı tələblərinin yerinə yetirilməsinə diqqət, təbliğat gücləndirilir. Ölkəmizdə elektron müraciətin vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. Hal-hazırda Azərbaycanda əhali tərəfindən geniş vüsət alan elektron müraciətlər uğurla davam etdirilir. Məqsədimiz xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.
Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Məhz Heydər Əliyevin səyi, dahi öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində Azərbaycanda məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Ədliyyə işçiləri olaraq hər birimiz bundan sonra da dahi liderin xatirəsini əziz tutacaq, xidməti vəzifəmizin icrasını layiqincə yerinə yetirəcək, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olacayıq.
Qurbanov Ceyhun Fazil oğlu
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən Rayon Qeydiyyat Şöbəsinin rəisi