Sabiq deputat yeni vəzifəyə təyin edildi
30-iyl, 12:33 3 Gündəm / Siyasət
Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktoruna yeni müavin təyin edilib.“Qafqazinfo” xəbər verir ki, Naxçıvanın Baş naziri Cabbar Musayevin Sərəncamı ilə eks-deputat Cəbi Quliyev bu vəzifəyə gətirilib.
C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Cəbi Quliyev 2020-2024-cü illərdə Milli Məclisin Ordubad-Culfa seçki dairəsindən deputat olub.




