Xəstə erməniləri Xankəndi xəstəxanasına çatdıran azərbaycanlı həkim DANIŞDI
05-apr, 10:50 132 GündəmBunu “Report”a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.
Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib:
“Daha sonra onları nəzarətimiz altında Xankəndidəki xəstəxanaya sağlam şəkildə çatdırdıq”.
Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən azərbaycanlı həkim qeyd edib ki, onları postda saxlayanda Azərbaycan dilində danışıblar:
“Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.