Suriyada hərbi aerodroma zərbə endirildi
18-avq, 13:13 6 Gündəm / Dünya
Suriyanın İdlib əyalətində Əbu-Duhur hərbi aerodromuna zərbə endirilib.“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən “France-Presse” agentliyi yayıb.
Hücumun müəyyən edilməyən uçuş aparatları ilə edildiyi bildirilib.
Məlumata görə, aerodrom uçuşlar üçün istifadə edilməsə də, orada ölkənin Müdafiə Nazirliyinin qüvvələri mövcuddur.





