Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
19-avq, 10:40 8 Gündəm
“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda onun yerinə təyinat yoxdur.
M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Mirrəhim Nəbiyev daha əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.
Ziya Əmirxanlı





