Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı


Kiyevdə Rusiyanın hücumu nəticəsində Şimal körpüsü zədələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” hesabında paylaşım edib.
O, hücum zamanı körpünün yol və trolleybus elektrik xətlərinin zədələndiyini bildirib.
Şəhərin şərq və qərb hissələrini birləşdirən körpü təhlükəsizlik məqsədilə müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bundan əvvəl Rusiyanın cümə axşamı və cümə günləri Kiyevin Cənub körpüsünə çoxsaylı dron hücumları həyata keçirdiyi bildirilib.
Həmin hücumlar nəticəsində körpüdə avtomobil və metro hərəkəti müvəqqəti dayandırılıb.