“İLAHİ QALİB”

“ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI”

“HEYDƏR ƏLİYEV -100”

Layihəsində

2023-cü ili möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ili elan etdi. Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. Ulu öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsizndən xilas etdi. Ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu. Təsadüfi deyil ki, ulu öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi.

Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar  tədbirlər kompleksinə  - köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu öndər  hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəniki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı. Ölməz liderin  elm, təhsil və səhiyyə sistemlərindəki müstəsna xidmətlərindən danışarkən xatırlatmaq lazımdır ki, XX əsrin son onilliklərində tibb üzrə xarici  mütəxəssislərin, alimlərin  Azərbaycana gəlişi,  yerli mütəxəssislərlə körpülərin qurulması, eləcə də tibb elmi və tibb təhsili ilə bağlı inkişaf strategiyası birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə çoxlu sayda səhiyyə mərkəzlərinin, xəstəxanaların, tibb müəssisələrinin yaradılmasına ayrılan diqqətlə bərabər yeni nəslin, doğulan körpələrin, doğum evlərinin qayğıyla əhatə olunması xalqımızın qarşısında ən böyük xidmətlərdən biri idi. Yeri gəlmişkən,  çalışdığım Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında Ulu Öndərin siyasətinə uyğun şəkildə fəaliyyətimizi davam etdirir, gənc, ümumiyyətlə tibbi heyətə  Heydər Əliyev irsinin, ideyalarının çatdırılması üçün müxtəlif konfranslar, tədbirlər təşkil edirik.  

Məhz zəngin təcrübəsi və dünyagörüşü sayəsində Ulu Öndər Azərbaycan naminə mümkünsüz sayılan ən çətin layihələri  həyata keçirməyə müvəffəq oldu. Nəticədə stabil, inkişaf edən və beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan bir dövlətin əsası qoyuldu.

Qeyd etmək lazımdır ki, Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün  Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezidentimiz cənab İlham Əliyev bu gün Ulu Öndərin inkişaf strategiyasını əlində, fəaliyyətində rəhbər tutaraq insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Bununla da o, öz əməlləri və gərgin fəaliyyəti ilə Heydər Əliyev xəttinin layiqli, şərəfli davançısı olduğunu dəyanətlə sübut edir. Ulu Öndərin diqqət yetirdiyi ən vacib məsələ - insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi, bu gün  də dövlət başçısı İlham Əliyevin daim nəzarətindədir. Cənab Prezident İlham Əliyev heç təsadüfi deyil ki, nəsillərin inkişafında müasir səhiyyə və idmanın aparıcı rolunun olmasını dəfələrlə vurğulayır. 

Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncəmiz müasir, intibah dövrünü yaşayan səhiyyəmizin uğurlu şəhərlərindən biridir. Bu gün Gəncə şəhərində məşhur klinikalar, poliklinikalar, dövlət xəstəxanaları müasir tibbi avadanlıqlarla, yüksək, peşəkar səviyyəli tibb kontingenti ilə çalışır, qayğı və diqqətlə xalqın sağlamlığı keşiyində dayanır. Bu gün xaricdə təhsil almış, yüsək ixtisaslı həkim kadrları, peşəkar tibbi heyətinin faəliyyəti xəstələrin öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmasının qarşısını almışdır. Bu isə yüksək inamın və etibarın nümunəsidir. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir. 

Bir sözlə uğurlarımızın əsası birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün həyatını vətəninin suverenliyinə, xalqının xoşbəxtliyinə həsr edən  böyük liderin əziz xatirəsi  Azərbaycan var olduqca hər kəsin qəlbində, habelə çoxsalı səhiyyə işçilərinin qəlbində daim yaşayacaq. 

Biz, peşəmizdən, fəaliyyət növündən, mənsubiyyətimizdən asılı olmayaraq bu gün müasir Azərbaycanın inkişafında, dünyaya inteqrasiyasında müasir Azərbaycanımızın memarı, fenomenal şəxsiyyət Heydər Əliyevə minnət borcumuzu sərgiləməkdən yorulmamalıyıq. Onun vətənini hansı yanğı, kövrəliklə sevdiyini böyük şairimiz Səməd Vurğunun “El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Ayrılarmı könül-candan, Azərbaycan! Azərbaycan!” kəlməsini deyərək kövrəlib ağlamasında gördük. Və böyük Kişilərin ağlaması da, kövrəlməsi də onların böyüklüyündən xəbər verir. 

Heydər Əliyev Azərbaycanı elə özü kimi sevirdi, öz adına layiq, öz şəxsiyyətinə layiq...


İradə Dəmirova

Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının 

Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri, 

Xəstəxana Yeni Azərbaycan Partiyasının sədri




Zəruri giriş:  Dəmirova İradə Kamil qızı 21 fevral 1962-ci ildə Tovuz rayonu Aşağı Eyyublu kəndində anadan olmub. 1968-ci ildə Tovuz rayon A.S.Puşkin adına orta məktəbinin 1-ci sinifinə daxil olub, 1978-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib.

1978-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutu bitirib.

1984-cü ildə Bakı şəhəri Semaşko adına 1 nömrəli klinik xəstəxanada internatura keçmişəm və 1985-ci ildə internaturanı bitirib Gəncə şəhəri Səhiyyə İdarəsinin sərəncamına göndərilib.

1986-cı il fevral ayında Gəncə şəhəri Yoluxucu Xəstəliklər Xəstəxanasında Həkim-Ordinator vəzifəsinə təyin olunub.

1992-ci ildə oktyabr ayında 4-cü böyüklər (virusoloji) şöbəsinin şöbə müdiri vəzifəsinə təyin olunub.

1996-cı il oktyabr ayında YAP-a üzv seçilib.

1998-cı ildə Gəncə şəhəri Yoluxucu Xəstəliklər Xəstəxanasında Həmkarlar Təşkilatının sədri seçilib. 

2003-cü ilin fevral ayında Gəncə şəhəri Səhiyyə İdarəsinin böyüklər üzrə Baş İnfeksionist vəzifəsinə təyin olunub.

2011-ci ilin mart ayında Antiretrovirus Mərkəzinə rəhbər təyin edilib. 

2019-cu ilin fevral ayında Yoluxucu Xəstəliklər Xəstəxanasına Baş Həkim Vəzifəsinə təyin olunub.

2021-ci ilin may ayında Yoluxucu Xəstəliklər Şöbəsinə şöbə müdiri təyin olunub. 

Üç qız övladı var.