“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
18-okt, 11:08 1 Gündəm / Sosial
“Qarabağ”-“Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.
***
Əldə etdiyimiz məlumata görə, bir qrup azarkeş stadion ətrafında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə qablardan istifadə etməklə ictimai asayişi pozub. Həmçinin, bir azarkeşin xəsarət alması ilə bağlı məlumatlar var.





