“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
23-okt, 20:17 20 Gündəm / Sosial
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının Gülbala Şıxbalaoğlu küçəsi, 74 ünvanında yerləşən (“Shirvan Operating Company Ltd” Şirkəti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri hörmətli Zahir Qəhrəmanov YAP üzvləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etdildi.
Tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının VIII Qurultayına və cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışına həsr olunmuş videoçarx nümayiş etdildi.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının tarixi əhəmiyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirin təşkilində və keçirilməsində göstərdiyiniz diqqətə və dəstəyə görə “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ərazi partiya təşkilatı adından Hörmətli Zahir müəllim Sizə dərin minnətdarlığımızı bildiririk.
Gülbala Şıxbalaoğlu küçəsi, 74 ünvanında yerləşən ərazi partiya təşkilatımızda keçirilən bu tədbir Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mühüm müddəaların, müəyyənləşdirdiyi strateji hədəflərin və qarşıya qoyduğu vəzifələrin partiya üzvləri arasında geniş müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolu, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər və gələcək inkişaf istiqamətləri ətrafında aparılan fikir mübadiləsi iştirakçılarda böyük ruh yüksəkliyi yaradıb.
Hörmətli Zahir müəllim Sizin tədbirdə iştirakınız, məzmunlu çıxışınız və partiyanın qarşısında duran vəzifələrlə bağlı verdiyiniz ətraflı məlumatlar ərazi partiya təşkilatımızın fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvlərinin siyasi maarifləndirilməsi və dövlətçilik prinsiplərinə sədaqət ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Əminik ki, Sizin rəhbərliyinizlə YAP Şirvan şəhər təşkilatı ilə ərazi partiya təşkilatımız arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla davam edəcək, partiyamızın ideyalarının təbliği, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin dəstəklənməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimiz daha da genişlənəcəkdir.
Bir daha göstərdiyiniz diqqətə, səmimi münasibətə və tədbirin yüksək səviyyədə keçirilməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkür edir, məsul və şərəfli fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
https://www.facebook.com/yapshirvan/posts/pfbid02pUVrFAwm5HsUfQ4UWLJyWFNfE29w3pvgX6e4JYg4zWDtYzPvE5E71edkdrVwdDccl
Keçirilən tədbirdə etdiyim çıxışı Sizə təqdim edirəm.
Hörmətli tədbir iştirakçıları!
Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti, ölkəmizin ictimai-siyasi həyatında tutduğu mövqe və qarşıda duran vəzifələr haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm.
İlk növbədə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyamızın keçdiyi şərəfli yolun, qazandığı nailiyyətlərin və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyası 1992-ci ildə ölkəmizin mürəkkəb siyasi, iqtisadi və sosial vəziyyətində, dövlət müstəqilliyimizin ciddi təhlükələrlə üzləşdiyi bir dövrdə xalqın tələbi və iradəsi ilə yaradılmışdır. Həmin dövrdə Azərbaycan güclü siyasi liderə, milli maraqları qətiyyətlə müdafiə edə biləcək rəhbərə və ölkəni böhrandan çıxaracaq siyasi qüvvəyə ehtiyac duyurdu. Məhz belə bir tarixi şəraitdə xalqımızın böyük oğlu, müdrik dövlət xadimi Heydər Əliyevin ətrafında birləşən insanlar Yeni Azərbaycan Partiyasının əsasını qoydular.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və xalqına olan sonsuz sevgisi partiyamızın fəaliyyətinin əsasını təşkil etdi. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqın etimadını qazandı və Azərbaycanın gələcəyinə inam yaradan aparıcı siyasi qüvvəyə çevrildi.
Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişafın əsası qoyuldu və Azərbaycanın müstəqil dövlət kimi mövqeləri gücləndirildi. Bu gün əldə etdiyimiz nailiyyətlərin təməlində məhz həmin illərdə müəyyənləşdirilmiş düzgün dövlətçilik strategiyası dayanır.
Bu gün fəxrlə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən qarşıya qoyduğu məqsədlərə doğru böyük inkişaf yolu keçmişdir. Partiyamızın əldə etdiyi uğurlar Azərbaycanın uğurları ilə sıx bağlıdır. Çünki Yeni Azərbaycan Partiyasının əsas məqsədi həmişə dövlətimizin güclənməsi, xalqımızın rifahının yüksəlməsi və milli maraqlarımızın qorunması olmuşdur.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük iqtisadi, siyasi və hərbi uğurlar əldə etmiş, beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələr, həyata keçirilən beynəlxalq layihələr, iqtisadiyyatın şaxələndirilməsi, sosial infrastrukturun yenilənməsi və regionların inkişafı Azərbaycanın güclü dövlətə çevrildiyini təsdiqləyir.
Bütün bunlarla yanaşı, xalqımızın yaddaşında əbədi yaşayacaq ən böyük tarixi nailiyyətlərdən biri ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa edilməsidir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.
Bu hadisələr Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Biz bu gün müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bir ölkədə yaşayırıq. Bu, xalqımızın çoxəsrlik tarixində böyük qürur doğuran nailiyyət, gələcək nəsillərə ötürüləcək əvəzsiz tarixi mirasdır.
Bu Zəfər bir daha göstərdi ki, xalq öz rəhbərinin ətrafında birləşdikdə, dövlət və xalq arasında möhkəm birlik olduqda qarşıya qoyulan ən çətin məqsədlərə belə nail olmaq mümkündür.
Qurultayda cənab Prezident İlham Əliyevin çıxışı partiyamızın keçdiyi inkişaf yolunun təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər hər bir partiya üzvü üçün fəaliyyət proqramı və məsuliyyət çağırışı kimi qəbul edilməlidir.
Cənab Prezidentin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən böyük siyasi qüvvəsidir. Bu mövqe bizə qürur verməklə yanaşı, üzərimizə böyük məsuliyyət də qoyur. Çünki böyük siyasi partiya olmaq yalnız üzvlərin sayına və təşkilati struktura görə deyil, həm də cəmiyyət qarşısında daşıdığı məsuliyyətə, həyata keçirdiyi işlərə və xalqın etimadına layiq olması ilə ölçülür.
Bu baxımdan partiyanın hər bir üzvü öz fəaliyyəti ilə dövlətçilik prinsiplərinə sadiqliyini nümayiş etdirməli, ictimai fəallığı ilə seçilməli və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Müasir dövrdə siyasi partiyaların qarşısında yalnız siyasi proseslərdə iştirak etmək deyil, eyni zamanda vətəndaşlarla sıx əlaqə yaratmaq, onların qayğı və problemlərini öyrənmək, gəncləri ictimai fəaliyyətə cəlb etmək və dövlətimizin inkişafına töhfə vermək kimi mühüm vəzifələr dayanır.
Hesab edirəm ki, hər bir ərazi partiya təşkilatı bu istiqamətdə fəal işləməli, üzvlərlə müntəzəm görüşlər keçirməli, əhalini narahat edən məsələlərə diqqət yetirməli və dövlət siyasətinin mahiyyətinin düzgün izah olunmasında fəallıq göstərməlidir.
Digər mühüm məsələ partiya üzvləri arasında birlik və həmrəyliyin qorunmasıdır. Biz şəxsi maraqları deyil, ümumi məqsədləri, dövlətimizin və xalqımızın mənafeyini üstün tutmalıyıq. Çünki bizi birləşdirən əsas amil Azərbaycanın inkişafına, müstəqilliyimizin möhkəmləndirilməsinə və xalqımıza xidmət etmək istəyidir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur, tikilən yaşayış məntəqələri və həyata keçirilən iqtisadi layihələr dövlətimizin gücünü və gələcəyə yönəlmiş siyasətini nümayiş etdirir.
Qarşıda duran əsas vəzifələrdən biri əldə etdiyimiz tarixi Zəfəri davamlı inkişafla möhkəmləndirmək, ölkəmizin iqtisadi qüdrətini artırmaq, sosial rifahı yüksəltmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir.
Bu məqsədlərə nail olmaq üçün hər bir vətəndaş öz sahəsində məsuliyyətlə çalışmalı, dövlətimizin inkişafına töhfə verməlidir. Yeni Azərbaycan Partiyasının üzvləri isə bu prosesdə fəallığı, nümunəvi davranışı və təşəbbüskarlığı ilə seçilməlidirlər.
Biz anlamalıyıq ki, partiya üzvü olmaq yalnız müəyyən siyasi təşkilata mənsub olmaq deyil. Bu, eyni zamanda dövlətimizə və xalqımıza xidmət etmək, üzərinə düşən məsuliyyəti dərk etmək, cəmiyyətin etimadını doğrultmaq deməkdir.
Mən hesab edirəm ki, VIII Qurultayın əsas mesajlarından biri də məhz bundan ibarətdir: əldə etdiyimiz uğurlarla kifayətlənməməli, yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməli, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində daha fəal və məsuliyyətli olmalıyıq.
Hər birimiz öz işimizlə, davranışımızla və vətəndaşlara münasibətimizlə partiyamızın nüfuzunun yüksəlməsinə töhfə verməliyik. İnsanların etimadını qazanmağın ən düzgün yolu onlara hörmətlə yanaşmaq, problemlərinə həssas münasibət göstərmək və dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərməkdir. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalmaq və dövlətimizin daha da güclənməsi naminə əzmlə çalışmaqdır.
Biz Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sadiq qalaraq, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşməli, milli birliyimizi və həmrəyliyimizi qoruyub saxlamalıyıq.
Biz birlikdə, məqsədyönlü və məsuliyyətli fəaliyyət göstərməklə Azərbaycanın daha böyük uğurlar qazanmasına, ölkəmizin inkişafına və xalqımızın rifahının yüksəlməsinə layiqli töhfə verəcəyik.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqının birliyi və həmrəyliyi!
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yeni Azərbaycan Partiyası Şirvan şəhəri Gülbala Şıxbala oğlu 74 ünvanda “Shirvan Operating Company Ltd” Şirkəti YAP-ın ərazi partiya təşkilatının sədri Məmmədov Taleh












































Xezertv.info





