Aİ İrana qarşı yeddinci sanksiyalar paketini təsdiq edəcək
22-apr, 11:20 127 GündəmAvropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri aprelin 24-də Lüksemburqda planlaşdırılan iclasda İrana qarşı yeddinci sanksiyalar paketini təsdiq edəcəklər.
Bu barədə cümə günü Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
O, bildirib ki, insan haqlarını pozduğuna görə İrana qarşı yeddinci sanksiyalar paketi tətbiq olunacaq.
Qeyd edək ki, indiyədək İrana qarşı tətbiq edilən Aİ sanksiyaları 204 şəxs və 34 təşkilata şamil olunub. Onlar Avropadakı aktivlərin dondurulması, Avropa Birliyinə girişin və Avropa biznes dairələrilə hər hansı işgüzar əlaqənin qadağan edilməsindən ibarətdir.
Mənbə: TASS