“Böyük Qayıdışın icrası prosesi sürətlə davam etdirilir” - ŞƏRH
06-may, 12:24 132 Gündəm“Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında torpaqlarını erməni işğalından azad edib. Müharibə başa çatandan indiyə qədərki zaman işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Böyük Qayıdışın həyata keçirilməsinə başlanması ilə yadda qalır. Artıq Ağalı və Talış kəndləri öz sakinlərini qəbul ediblər. Onlar yaradılmış müasir həyat şəraitində öz doğma yurdlarında yaşamağa davam edirlər. Ermənilərin 30 ildə viran qoyduğu ərazilərdə kommunikasiya infrastrukturunun yenidən qurulması başa çatmaq üzrədir. Artıq yeni yaşayış məntəqələrin tikintisinə başlanılır”.
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin Ağdam, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarına səfəri çərçivəsində yeni yaşayış məntəqələrinin və sosial infrastruktur layihələrin təməllərini atması haqqında danışarkən deyib. O qeyd edib ki, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri dövlət başçımızın xüsusi diqqəti sayəsində dünyanın ən gözəl və müasir şəhərinə çevrilməkdədir:
“Bu səfəri çərçivəsində də cənab prezident tərəfindən Ağdam şəhərində yeni yaşayış məhəllələrinin təməli atıldı. Digər rayon mərkəzlərində də müasir xəstəxanalar, məktəb binaları, inzibati binalar, mədəniyyət evləri, sənaye parkları tikilməkdədir. Qubadlı rayonunun Xanlıq, Mahruzlu, Zilanlı, Cəbrayıl rayonun Şükürbəyli və Horovlu kəndlərinin təməlləri qoyuldu.
Təbii ki, yeni layihələrin icrası üçün ərazilərin minalardan təmizlənməsi aparılır və bu, çox çətin proses olduğundan tikinti-quruculuq işləri müəyyən zaman tələb edir. Amma minalardan təmizlənmiş ərazilərdə yeni yaşayış məntəqələri sürətlə ucaldılır. Bu il Laçına keçmiş qaçqınların qayıdışı təmin olunacaq. Ölkə başçımız mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olur və işlərin çox keyfiyyətlə və sürətlə icrası üçün tapşırıqlar verir. Məhz dövlət başçımızın yüksək diqqəti və nəzarəti görülən işlərin icra olunmasında məsuliyyətlə yanaşmanı artırır”.
Azər Badamov onu da vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, öz xalqına və vətəninə olan məhəbbəti Azərbaycanı bütövlükdə inkişafa qovuşdurur:
“Ölkəmizin iqtisadi gücü artdıqca vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində görülən tədbirlər genişlənir və Böyük Qayıdışın icrası prosesi sürətlə davam etdirilir. Şəhərlərimiz və kəndlərimiz yenidən qurulduqca o ərazilər də öz doğma sakinlərini qarşılayacaq. Ermənistanın dağıdaraq viran qoyduğu ərazilərimiz bir neçə il sonra cənnətə çevriləcək”.
Aysel Aslan