15 ölkəni idarə edən Kremlin bacarmadığı azərbaycanlı
09-may, 13:29 125 GündəmKabinetdə halı pisləşir. Onu təcili tibbi yardımın həkim briqadası xərəyə uzadaraq Kremlin birinci korpusundan çıxartmaq istəyir. Amma Heydər Əliyev təkid edir və özü TTY maşınına əyləşir.
General düşdüyü vəziyyəti düzgün qiymətləndirərək, düşmənin qarşısında özünü əzik və gücsüz göstərmir. Xəstəxanada isə məlum olur ki, Heydər Əliyev infarkt keçirib. Düz iki gün Heydər Əliyev xəstəxanada huşsuz vəziyyətdə olur. Hadisə 1987-ci ilə təsadüf edir.
Bir haşiyə çıxım ki, Heydər Əliyevin fiziki olaraq aradan götürülməsi ideyası 1985-ci ildə gündəmə gəlir. Çernenkonun ölümündən sonra hakimiyyətə ya Əliyev, ya da Qorbaçov gəlməli idi. Təbii ki, Kremlin ən yüksək kürsüsündə bir türk, bir müsəlman otura bilməzdi. Səbəbləri isə məndən daha yaxşı bilirsiniz.
Qorbaçov hakimiyyəti ələ keçirəndən sonra Heydər Əliyevin fiziki və mənəvi məhv olunmasına gizli əmr verir. İllər sonra məlum olur ki, Heydər Əliyevin o zaman birdən-birə ürəktutması və ona guya yardıma gələn “həkim”in düz ürəyinin üstünə iynə vurması heç də təsadüfi deyilmiş. Sifariş verilmişdi, Heydər Əliyev Moskvada ölməli idi. Lakin onun güclü iradəsi və orqanizmi onu ölümdən xilas edir.
Çox ağır vəziyyətdə öz ayaqlarıyla küçəyə çıxır, TTY maşınına minərək bir daha böyük iradə və xarakterini onu məhv etmək istəyənlərə təqdim edir. Onun belə möhkəm xarakter və iradə göstərməsi nə ilk, nə də son hadisə idi.
Yadınıza gəlirsə, illər sonra 2003-cü ildə Heydər Əliyev hərbi məktəbin kursantları qarşısında çıxış edərkən, qəflətən yıxılır. Televiziya canlı yayım efirini dayandırır. Qabırğalarının sınmasına baxmayaraq, 80 yaşlı Heydər Əliyev yenə də səhnəyə qayıdır və gənc hərbçilər qarşısında çıxışını tamamlayır. General bu dəfə də öz iradəsinin möhkəmliyini ortaya qoyur. Təəssüflər olsun ki, bu hadisədən sonra Heydər Əliyev bir daha xalqın qarşısına çıxa bilmir. Əvvəl Türkiyəyə, sonra isə Klivlendə klinikaya aparılır. Sonrasını da bilirsiniz...
Heydər Əliyevin həyatı haqqında ancaq film çəkmək olar. Ağlasığmaz uğurların, fantastik qələbələrin bir-birini əvəz eləməsi əlbəttə ki, təsadüf deyildi. Bəzən düşünürəm ki, əgər Heydər Əliyev siyasətçi və dövlət başçısı olmasaydı, yəqin ki, şahmat üzrə Dünya çempionu olardı və son nəfəsinə kimi onu heç kim məğlub edə bilməzdi.
Adam hansı ağlın, zehnin, biliyin sahibi olmalıdır ki, 70 il dünyaya meydan oxuyan ölkənin (Sovetin) sonunu əvvəlcədən görə bilsin və buna uyğun qərarlar versin. Bu, yalnız fitri-istedad ola bilərdi. Belə adamlar 100-dən bir gəlir ifadəsi həqiqətən də yerinə düşür bu məqamda. Heydər Əliyevin Azərbaycan üçün etdikləri barədə tonlarla kitab, minlərlə məqalə yazılıb. Məqsədim təkrarçılıq etmək yox, bir çoxlarına məlum olmayan bəzi faktları bu yazıya yerləşdirməkdir ki, bu da çox çətin məsələdir.
Hakimiyyətdə olduğu zaman, istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində (general-mayor), istər Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin ediləndə, bu adamın əl-ayağını öpmək üçün sıraya düzülənlər bir anın içində çönərək, onun üzünə durur, ondan imtina edirlər. Heydər Əliyev öz xatirələrində deyir ki, “mən heç vaxt, heç kimə xəyanət etməmişəm. Amma mənə ediblər”. Təbii ki, xəyanət, arxadan vurulan zərbə hər zaman ağır yük olur. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev ayaqda qalıb, qalib gəlməyə nail olur.
Amma necə?
Gəlin ondan başlayaq ki, Heydər Əliyevin ilk qələbəsi onun Moskva xəstəxanasından sağ çıxması olur. İki gün huşsuz vəziyyətdə olarkən həkimlər onun övladları İlham Əliyev və Sevil Əliyevaya israrla bildirirlər ki, “atanıza istefa ərizəsi yazmağa məcbur edin. Çünki bu vəziyyətdə o rəhbər vəzifədə çalışa bilməz”. Həkim və digərlər şəxslərin israrlı “xahiş”inə isə o zaman İlham Əliyev cavab verir ki, “bu qərarı vermək mənim işim deyil, ələlxüsus isə siz həkimlərin işi deyil”.
Deməli Heydər Əliyevi fiziki olaraq aradan götürməyə müvəffəq ola bilməyən qüvvələr, “b” planına əl atırlar. Ən müxtəlif yollarla təzyiqlər göstərilir və bir gün Əliyev istefa məktubunu yazır. Bundan sonra isə nəinki Əliyev, onun bütün ailə üzvlərinə qarşı qaralama kampaniyası başlayır. Məsələn, o vaxt İlham Əliyev (1985-1990) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi fəaliyyət göstərir. Həm də, bilirsiniz ki, həmin ali-məktəbin məzunu olub. Bu gün həmin ali-məktəb bu faktla gecə-gündüz fəxr edir, danışır. Amma Heydər Əliyev vəzifədən gedən kimi İlham Əliyevi ali-məktəbin müdiriyyəti dərhal işdən azad edir. Çünki vəzifədən gedən adam və onun ailəsi “qara siyahıya” salınmışdı.
Bu və digər təzyiqlər Heydər Əliyev üçün ağır olsa da, o bir an belə mübarizəni dayandırmır. 1990-cı ildə Sovet rəhbərliyinin 1990-cı il yanvar ayının 20-də Bakıya ordu yeridərək, dinc insanlara qarşı törətdiyi qırğınları da ilk dəfə Heydər Əliyev, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək pisləyir. Bunu cinayət adlandırır və səbəbkarların cəzalanmasını tələb edir. Qeyd edim ki, bu aralar Ermənistan Azərbaycan arasında vəziyyət hər gün daha çox gərginləşir, mərkəzi hakimiyyət isə buna göz yumurdu. SSRİ rəhbərliyinin ovaxtkı Dağlıq Qarabağda baş verən hadisələrə laqeyd və ikiüzlü münasibətinə görə Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edir.
Daha sonra Bakıya gəlir. Bu məqamı da bildirim ki, o, Bakıya gizli yollarla gəlir.
Bakıdakı hakimiyyətin isə Əliyevə görməyə gözü yox idi. Çünki onlar çox yaxşı başa düşürdülər ki, Əliyev ayağını Bakıya qoyan kimi, onların hakimiyyəti əldən gedəcək. Bakıya gələn Heydər Əliyev şəhərə gəzintiyə çıxır. Elə bu andan onu insan kütləsi təqib etməyə başlayır. Dağılmaq astanasında olan ölkə və onun sakinləri anlayırlar ki, bu ölkənin , bu xalqın yeganə xilaskarı Heydər Əliyevdir. Bu mənzərəni görən Bakı Baş Polis İdarəsinin rəisi Heydər Əliyevə yaxınlaşaraq deyir ki, “bu nə icazəsiz mitinqdir siz keçirirsiniz?” Heydər Əliyev deyir ki, mən gəzintiyə çıxmışam. Polis rəisi, “bəs insanlar niyə sizin ardınızca gedirlər?”. Heydər Əliyev də cavab verir ki, bunu onlardan soruşun. Mənə görə, açar söz bu idi, insanlar niyə sizin ardınızca gedir?
Hadisədən bir neçə saat sonra Mütəllibovun adamları Heydər Əliyevə xəbərdarlıq göndərirlər ki, bir gün ərzində Bakını tərk etməlisən. Əks halda tərəfdarların kimi səni də aradan götürəcəyik. Yenə də Əliyev ölümlə təhdid edilir.
Yəqin ki, o zamanlar baş verən seriya qətllər yadınıza gələr. Azərbaycanda əsl qanqster filmi yaşanırdı, amma realda. Bir gün sonra Heydər Əliyev artıq Naxçıvanda, Naxçıvan isə blokadada idi. Hər tərəfdən atəşə məruz qalan Naxçıvanda nə ərzaq var idi, nə qaz, nə də işıq. Aclıq və səfalət isə nə qədər istəyirsən. Amma Naxçıvan Azərbaycanın digər bölgələrindən 1-0 irəlidə idi. Çünki Heydər Əliyev orada idi. Kremlin mənzil və iqamətgahlarından sonra Əliyev bacısının evində yaşamağa başlayır. Adi, sıradan bir evdə. Elə həmin il, 1990-cı ildə naxçıvanlılar onu Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçir. 1991-ci il sentyabrın 3-də isə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilir və həmçinin Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olur (1993-cü ilə kimi). Elə ilk gündən Heydər Əliyev Naxçıvanda bütün hərbi birləşmələri cəmləşdirərək onları Naxçıvanın müdafiəsinə qaldırır. Blokadada olan Naxçıvanı xilas etmək üçün Əliyev Türkiyə ilə ticarət əlaqələri quraraq, “Ümid” körpüsünü açır və Naxçıvanı aclıqdan qurtarır. Naxçıvanlılar bu gün də deyirlər ki, “əgər o yol açılmasaydı, sonumuz olacaqdı”.
O zaman üçün çox böyük kontrast yaşanırdı. Azərbaycan səfalət içində qaranlığa qərq olunarkən, Qarabağda qan su yerinə axarkən, Naxçıvan MR həqiqətən də “Nəqşi-cahan” olurdu. Uşaqlar məktəbə gedir, insanlar işləyir, infrastruktur bərpa olunur, aclıq və səfalət yox olurdu. Bu arada Azərbaycanda ilk prezident seçkiləri keçirilir ki, bədbəxtlikdən Ayaz Mütəllibov ölkənin başçısı olur. Mütəllibov nə Erməni-Azərbaycan münaqişənin qarşısını ala, nə də ölkəni idarə edə bilir. Günü-gündən pisləsən vəziyyəti Xocalı faciəsi daha da gərginləşdirir. Anti-Rusiya şüarları, ölkədəki xaos, Mütəllibovu Moskvaya qaçırır, hakimiyyətə isə Xalq Cəbhəsi və onun başçısı Elçibəy gəlir. Sanki baş verən bütün hadisələr yekdilliklə Azərbaycanı daha pis günə qoymaq üçün hesablanmışdı.
Bütün bu siyasi və hərbi oyunlar arasında isə bir sıra yüksək çinli Rusiya hərbçiləri yaxşı qazanc əldə edirlər. Yadınıza salım ki, o dövrdə Kremldə Yeltsin rəhbərlik edirdi. Amma hər zaman olduğu kimi, Kremlin müxtəlif günbəzləri altında olan hər qruplaşmanın Cənubi Qafqaz və Azərbaycanla bağlı öz məqsədi, öz maraqları var idi. Yeltsin üçün isə Ermənistanın Azərbaycana təcavüzü yumşaq desək vecinə də deyildi. Bu arada hakimiyyətdə olan Elçibəy və onun komandası qısa zaman kəsiyində Xəzəryanı qonşular və digər ölkələrlə münasibətlərin korlanmasına nail ola bilirlər. Ən pis vəziyyət isə Rusiya ilə yaşanır.
Geosiyasi vəziyyətin bərbad olması, birmənalı şəkildə daxili vəziyyətə də təsir edir. Mərkəzi hakimiyyət zəif olduğundan Azərbaycanda bəzi qüvvələr “yeni xanlıqlar” qurmaq, “müstəqillik”lərini elan edərək, öz hərbi qruplaşmalarını yaratmaq istəyirlər.
Yazının davamı var...
Kubra Məhərrəmova