Masallıda yeni tikilmiş bağça balacaların ixtiyarına verildi - Fotolar


Ölkəmizdə körpələrin, azyaşlı uşaqların sağlam böyüməsi, düzgün inkişafı, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə alması istiqamətində məqsədyönlü işlər görülür. Masallı rayonu da da bu işlərdə kənarda deyil.Azadmedia.az xəbər verir ki, 9 may tarixində Masallı şəhərində 4 saylı körpələr evi - uşaq bağçasının açılışı oldu.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rayonda silsilə kütləvi tədbirlərin keçirilməsi, inzibati binaların açılışı fonunda sözügedən körpələr evi - uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masallıdan olan iş adamları Mədinə xanım Şahbazova və Məntiq Şahbazovun maliyyə dəstəyi ilə tikilərək istifadəyə verilib.
Masallı şəhər 4 saylı körpələr evi - uşaq bağçasının balaca fidanları bugündən ikimərtəbəli bağçada təlim-tərbiyə alacaqlar. Qeyd edim ki, uşaqların əylənməsi üçün baxçanın həyətində atraksionlar da qurulub.
Açılış mərasiminə qatılan valideynlər də uşaqlar qədər sevincli idilər. Onlar uşaqlarını binası yeni tikilən Masallı şəhər 4 saylı körpələr evi - uşaq bağçasına ürəklə əmanət edə biləcəklər. 140 yerlik ikimərtəbəli bina 7 qrupdan ibarətdir. Yeməkxana, musiqi zalları, yataq, oyun otaqları olan baxça hər cür avadanlıqa təchiz olunub. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi, əylənməsi üşün hər cür şərait yaradılıb.
Sevda İbrahimova bağçanın tərbiyəçilərindən biridir. Xanım deyir ki, uzun müddətdir köhnə bağçada şəraitsiz vəziyyətdə işləyirdik. Uşaqların adından, işçilərin adından çox sevinirik ki, Heydər Əliyev Fondu və rayonumuzun dəyərli iş adamları bizim üçün belə bir gözəl şərait yaradıb. Belə gözəl bağçada işləmək üzərimizə böyük məsuliyyət qoyur. İşçilər adından söz verik ki, tam şəraitli bağçada üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 4 ildə Masallı şəhərində 1 saylı, eləcə də rayonun Kolatan və Sərçuvar kənd uşaq bağçaları üçün yeni binalar inşa olunub, Səmidxan və Mahmudavar kənd məktəbəqədər tərbiyə müəssisələri isə əsaslı təmir edilib. Açılış mərasimində çıxış edən Millət vəkili Məşhur Məmmədov çıxışı zamanı qeyd etdi ki, rayonda ümumilkdə 17 uşaq bağçası fəaliyyət göstərir.
"Bağçanın tikilib-istifadəyə verilməsi uşaqların təlim-tərbiyəsi, istirahəti ilə yanaşı, həm də rayon sakinləri üçün iş yerləridir", - deyən deputat rayonlarda yaşayan iş adamlarını qeyri-neft sektorunun inkişafı üçün rayonlarına öz töfhələrini verməyə səslədi. Deputat Məşhur Məmmədovla yanaşı 4 saylı körpələr evi - uşaq bağçasının açılışında Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov və aparatı, deputatlar - Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili, millət vəkilləri Musa Qasımlı, Cavanşir Paşazadə, Anar İsgəndərov, Razi Nurullayev, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov, rayon sakinləri və media nümayəndələri iştirak edirdi.
Elnurə Abuşova





























www.AzadMedia.az