Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
28-may, 11:48 125 Gündəm"Əziz xalqım, Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. Möhtərəm prezidentimizin siyasi ideyaları, bizim müasir dövlətçiliyimizə açılan parlaq yoldur. Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun bütün əməkdaşları adından sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm".
Hörmətlə:
İlhamə Həsənova
Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri