NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib
28-may, 19:32 192 Gündəm28 May - Müstəqillik Günü istiqlal tariximizin şanlı səhifəsi, yaddaşımıza qızıl hərflərlə həkk olunmuş milli bayramımızdır. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərinin müəllifi Ulu Öndər Heydər Əliyevin güclü iradəsi, şəxsi fədakarlığı, böyük siyasi təcrübəsi çətin zamanda milləti və dövləti xilas etdi. Ümummilli Liderin qurub yaratdığı Müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir.
Hər il olduğu kimi bu ildə gənclərə vətənpərvərlik hisslərini aşılamaq və dövlətçilik ənənələri yaşatmaq məqsədi ilə NAYORA tərəfindən bir sıra tədbirlər keçirilib.
İlk olaraq gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “İstiqlal Abidəsi”ni ziyarət edib, müasir Azərbaycanın qurucusu Heydər Əliyevi və Xalq Cümhuriyyətinin banilərini yad edərək, abidələri önünə gül dəstələri qoyublar.
Daha sonra “Müstəqilliyə gedən yol: Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda Azərbaycan Respublikasının sabiq baş naziri Həsən Həsənovla gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü baş tutub. Görüş zamanı Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri, sosial-siyasi fəaliyyəti, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması, inkişafı və üzləşdiyi çətinliklər, quruculuq işləri haqqında gəncləri məlumatlandırıb. Həmçinin yarımçıq qalan prosesin Ulu Öndərin hakimiyyəti illərində davam etdirildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında isə inkişafının ən yüksək mərhələsinə qədəm qoyduğunu, həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanındığını xüsusilə vurğulayıb.
Fərid Səfərov
AJB-nin üzvü
Share
Tweet
Share