Zərifə Quliyeva: Heydər Əliyev bir əlində xəritə, bir əlində qələmi ilə Azərbaycanı dünyaya tanıtdırdı
01-iyn, 17:10 157 Gündəm“Modern İnkişaf və Ailə “İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin Vətən müharibəsi iştirakçılarına diqqət və qayğısı” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Modern İnkişaf və Ailə “İctimai Birliyinin sədri Zərifə Quliyeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, MİRİİB sədri Zamin Zeynal, Jurnalist Yasəmən Möhübətqızı, Qazilər, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüləri fəal iştirak ediblər.
Tədbirdə “Modern İnkişaf və Ailə “İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın möhkəm təməllər üzərində qurulmasında göstərdiyi tarixi xidmətləri danılmazdır. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində Heydər Əliyevin böyük xidmətlər olub. O, hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatını daima yüksəkliyə qaldırıb. Ulu öndər deyirdi ki, Azərbaycan sən müstəqilsən, sən sərbəstsən, Azərbaycan səni heç kim sındıra bilməz ona görə də bu müstəqilliyi bütün xalqımız qorumalıdır.
Birlik rəhbəri deyib ki, Ulu öndər Azərbaycanı bir övladı kimi bəslədi, birləşdirdi, böyütdü, ucaltdı ,dünyaya təqdim etdi.
O, bir əlində xəritə, bir əlində qələmi ilə bütün dünya ölkələrinə etdiyi səfərlərdə Azərbaycan adlı məmləkətimizi tanıdırırıdı.
Fərəhlə deyə bilərik ki, Ulu öndərin gələcəyinə böyük ümid bəslədiyi Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev Heydər Əliyevin vəsiyyətlərini layiqincə yerinə yetirərək ölkəmizi bütün sahələrdə uğurla inkişaf etdirir. Möhtərəm Prezidentimizin sərkərdə məharəti, müzəffər ordumuzun rəşadəti, müqəddəs şəhidlərimizin qanı-canı bahasına 30 il erməni işğalı altında olan tairixi Qarabağ torpaqlarımız 44 gündə azad edildi. Bu tarixi qəlbə zəfəri xalqımzı dünyaya qalib xalq olaraq tanıtdırdı. İnanırıq ki, yaxın gələcəkdə qalib xalqımız qüdrətli dövlət başçısı ilə birlik, milli, vətənpərvər əzmində olaraq Qərbi Azərbaycan torpaqlarını da düşmən tapdağından azad edərək Heydər Əliyevin Qərbi Azərbaycan arzularını da gerçəkləşdirəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətində Şəhid ailələri, müharibə içtirakçılarına diqqət və qayğı hər zaman ön planda olmuşdur. Bu gün ulu öndərin həssas tələbə ilə bağlı siyasət kursu Müzəffər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təşkilat rəsmisi çıxışında Zərifə Quliyeva tərəfindən təşkil edilmiş tədbirin ölkəmizin həssas qurupuna bu cür vətəndaş cəmiyyətinin diqqət göstərməsinin mühüm əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Qazi və müharibə veteranları əbədiyaşar lider Heydər Əliyevin tarixi əhəmiyyətli fəaliyyətinə diqqət çəkərək Zərifə Quliyevanın onlara göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Qeyd edək ki, tədbirin sonunda “Modern İnkişaf və Ailə “İctimai Birliyinin sədri Zərifə Quliyeva tərəfindən müharibə iştirakçılarına fəxri fərman və hədiyyələr təqdim edilib.
Nicat Cəfərov Millixeber. az
Share
Tweet
Share