YAŞAR ŞİRVANİ – 65
05-iyn, 11:08 137 GündəmÇağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Kərimov Yaşar Əlibayram oğlu (Yaşar Şirvani) 1958-ci il 5 iyun tarixində şairlər yurdu qədim Şamaxıda, (indiki Qobustan rayonu) Bəklə kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.
İbtidai təhsilini doğulduğu Bəklə kəndində, tam orta təhsilini isə riyaziyyat təmayüllü Nərimankənd məktəbində almışdır. Ali təhsil almaq məqsədilə Bakı şəhərinə gəlmiş, 1977-ci ildə M.F.Axundzadə adına Rus dili və Ədəbiyyatı instituna qəbul olmuş, elmin sirlərinə yiyələnərək, yüksək ixtisaslı mütəxəssis kimi yetişmişdir.
Ailəlidir, bir qızı, iki nəvəsi var.
Tələbəlik illərindən bədii yaradıcılığa başlayan şair tez-tez dövri mətbuatda lirik şeir və publisistik yazıları ilə çıxış etmişdir. Onun yaradıcılığının əsasını vətən, təbiət, ictimai mövzuda yazdığı lirik şeirlər, qəzəllər, satirik şeirlər, eləcə də publisistik əsərlər təşkil edir. Zəngin ədəbi irsə malik şairimiz 2013-cü ildə "Bəklə məni" adlı şeirlər kitabı ilə oxucularının görüşünə gəlmişdir. Şair "Müşfiqlərin qiyamı", "Bir şirin xatirə, bir acı tale" adlı poemaları ilə oxucuların rəğbətini qazanmışdır. Məcburi köçkünlərin həyatından bəhs edən "Zəminə" poemasının, "Qəzəllər", " Satirik şeirlər" kitablarının siqnal nüsxəsi artıq çapdan çıxmışdır.
44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının əziz xatirəsinə həsr olunmuş "Salam, Şəhidlər bulağı" musiqisinin şeir müəllifi Yaşar Şirvanidir. Musiqi müəllifi və ifaçısı isə hərbi vətənpərvərlik ruhunda mahnılarını hamımızın sevə-sevə dinlədiyimiz Şəmistan Əlizamanlıdır.
Gözəl qələm sahibi Yaşar Şirvanini 65 illik yubileyi münasibətilə poeziyasevərlər adından səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Qələminiz iti, sözünüz daim kəskin olsun, əziz şair!
Tahirə Həbibi
İctimai Xəbər Agentliyinin
direktor müavini,
Şairə-publisist