Yaddaş təlqinləri və yurd yaşantılarının poetik rəngi − 2022 − “Şuşa ili!”
23-yan, 18:11 219 Gündəm / Cəmiyyət“Azad Şuşa”dan: 22 yanvar 2022-ci ildən etibarən 2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə “2022 − Şuşa ili” rubrikasında müxtəlif janrda yazılar − şeirlər, hekayələr, məqalələr, publisistik yazılar, müsahibələr və s. dərc etməyə başlamışıq. Bu silsilədən növbəti yazını şair-publisist Tapdıq Əlibəylinin şair Ramiz Oğuzun yaradıcılığından bəhs edən “Yaddaş təlqinləri və yurd yaşantılarının poetik rəngi” məqaləsini hörmətli oxucularımıza təqdim edirik.
*** *** ***
Bəllidir ki, həyatın zahiri gerçəkliyini görmə qüsuru olmayan hər kəs görür. Həyatın əsrarını, həqiqəti isə fəhm, duyum, bəsirət, idrak gözü ilə görmək mümkün olduğundan heç də hər kəs görmək iqtidarında deyil. Düşünürəm ki, bu fikir müstəvisində dünyanın gözəl (xeyir) və idbar (şər) sifətlərinin qütbləşdyini görməkdə şairlər daha sərrast və daha həssasdır. Görünür, bu da məxsusi bir nəsnədən, fitri istedaddan qaynaqlanır.
Bu məqamda düşüncələrimi ustad sənətkar, əbədiləşmiş ədəbi simalardan olan Xalq şairi Rəsul Rzanın bir fikrinə günlükləmək istərdim: “Şair” sözünün yanındakı “istedadlı” sözü qəribə görünür. Axı istedadsız şair ola bilməz. Əgər biz şair olmaq həvəsinə düşən bu və ya başqasını yalnız qafiyə düzməyi və hecaları müəyyən ölçüyə salmağı bacardığına görə şair adlandırırıqsa, bu, poeziyanın deyil, bizim günahımızdır. Şair ancaq istedadlı ola bilər. İstedadın dərəcəsi isə başqa məsələdir”.
Sözümün canı iqtibas etdiyim bu qənaətdəki “İstedadın dərəcəsi isə başqa məsələdir”ini şair Ramiz Oğuz poeziyasında nişan verməkdən ibarətdir.
Ramiz Oğuz
Əvvəla, onu deyim ki, Ramiz Oğuz mədəniyyət paytaxtımız Şuşada doğulub, boya-başa çatıb. Ulu sözün sehrinə də elə o füsunkar məkanda çılğınlıqla, şövqlə düşüb. Xankəndidə ali filoloji təhsil alıb. Gənclik şeirləri Şuşa havasatı və havacatına köklənib…
Əsrlərdən, qərinələrdən boy göstərən yaddaş aynasında bərq vuran könül çırpıntıları, heyrət məqamı misra-misra yarpaqladıqça, özünüdərklə yaddaşı “dar ağacı” qurur Ramiz Oğuzun… Unutqanlığa “Yaddaş – dar ağacı”ından poetik libas biçir:
Yaddaş – dar ağacı, yaddaş – bir hakim,
Yaddaş – çəki daşı, mizan-tərəzi.
Yaddaş – həqiqətə açılan qapı,
Varmı de, yaddaşın özgə “qərəz”i?..
Sən bu gün dünənki günahlarınçün
Xaliqdən nə bəla, nə cəza istə.
Yaddaş qayıdacaq günün birində,
Gəlib dayanacaq başının üstə.
Bir gün yetişəcək divan zamanı,
Bir gün çatacaqdır sənin də növbən.
Sən yaddaş önündə diz çök ki, bəlkə,
Yetər harayına sonuncu tövbən.
Yaddaş – xilaskarın, yaddaş – qənimin,
Yaddaş divanından kim qaçar, de kim?!
Bu sənin hökmündür, Tanrım, həmişə!
Yaddaşın önündə könül müttəhim!..
(1990. Şuşa.)
Ramiz Oğuz bu şeiri o vaxt yazıb ki, “milli yaddaşsızlığımızdan” qarı düşmən fürsəttək istifadə etməkdə, qan yaddaşımız isə kimliyimizi təlqin etməkdəydi… Yəni bu şeir təkcə bir fərdin deyil, bütövlükdə bir millətin taleyi ilə baglı olduğuna görə ictimai mahiyyət daşıyır.
Şair sonuncu misrada “yaddaşın önündə könlün müttəhim” olmasını vurğulayır. Sual oluna bilər ki, niyə məhz könül? Axı şairlər həm də könül adamıdı. Sözə könül vermələri də elə bu məqamla bağlıdır. Bir şeirimdə dediyim kimi:
Könül verdim saza-sözə,
Günəş doğdu sanki üzə.
Söz sovqatı göndər bizə…
Şeir – sözün ən göyçəyi.
Ramiz Oğuz ən uca məqama çatan şəhiddən onun vəfalı ömürdaşına qutsallığı ilə seçilən bir gündə – cümə axşamında “sözün ən göyçəyi” ilə “söz sovqatı” ünvanlayır.
Şair inanır ki, “Ruhlar evə dönər cümə axşamı” və bu inancın işığnda bir şəhid ruhunun dilindən ömürdaşına üz tutur:
Doğma ocağıma qayıdaram mən,
Müqəddəs bir gündə, cümə axşamı.
Vəfalım, həmin gün yolumu gözlə,
Şəklimin önündə sən yandır şamı.
Qəfil yağış yağsa bir yaz günündə,
Bir yağış damlası düşsə çöhrənə,
O yağış damlası inan ki, mənəm,
İsin o damlanın isti mehrinə.
Qəfil külək əssə bir payız günü,
Qızılı bir yarpaq qonsa telinə,
O qızılı yarpaq inan ki, mənəm,
Sorma ki, Xaliqdən bu möcüzə nə?!
Səni qorxutmasın şaxtalı günlər,
Ruhum heç qoyarmı üşüyəsən sən!..
Cənnət qapısında gözlərəm səni,
Hər iki dünyada sən mənimləsən.
Hamı çəkiləcək öz evlərinə,
Bir sən qalacaqsan, bir də ki şəklim…
Sənin sədaqətin, etibarındır
Məzarım üstündə ən gözəl əklil!
(Yanvar, 1992. Şuşa.)
Qeyd edək ki, teoloji baxışlara, islam düşüncəsinə gorə, Allah aylar içində Ramazanı, gecələr içində Qədr Gecəsini, dünya içində Məkkəni, insanlar arasında Məhəmməd Peyğəmbəri seçdiyi kimi günlər içində də cüməni seçmişdir.
Peyğmbər buyurmuşdur: “Üzərinə günəş doğan ən xeyirli gün cümə günüdür. O gün Adəm (ə.) yaradılmış, o gün cənnətə daxil olmuş, o gün yerə endirilmiş, o gün tövbəsi qəbul edilmiş, o gün ölmüşdür. O gün qiyamət qopar və o gün cənnətdəkilərin Allah-Təalanı anma günüdür”.
Şeirdə “doğma ocaq”, “cümə axşamı”, “baş tacım, “vəfalım”, “qəfil yağış”, “qəfil külək” “şaxtalı günlər”… rəmz çalarında təzahür edir ki, bu da obraz olaraq milli-mənəvi dəyərləri və dövrün, zamanın təbəddülatlarını özündə ehtiva edir.
Əslində belə bədii ümumiləşmələr, obrazlılıq, poetik rəng Ramiz Oguz yaradıcılığını forma və məzmuna uyğun olaraq mütəmadi və mütəhərrik tərzdə müşayiət edir.
İllər öncə yazılmış bu şeirlər bu ğünümüzdən dünənimizə ayna tutan yaddaş məqamında ədəbi örnəyin abidələşən şair səsi, ruhudur. O səs, o ruh ki, Şuşa havası ilə süslənib…
Qarabağsız, Şuşasız keçən 28 il ərzində şair heç zaman qələmindən ayrılmamış, yazıb-yaratmış, amma bu illər ərzində şeirlərini nəşrə verməmişdir. O həmişə poetik sözlə nəfəs almışdır. Özünəməxsus poetik yolu ilə getmişdir. Bu illərdə yazdığı “Şeirim necə doğulur” şerində deyildiyi kimi:
Gecəli-gündüzlü bir yol gedirəm,
Yolda nə əvvəl var, nə də ki, axır…
Sətəlcəm oluram şeirlərimdən,
Misram tərə dönüb kağıza çıxır…
Bu bənddən şairin didərgin hayqırtısı eşidilir, yol gedir “məchulluğa” tər tökə-tökə… Yurd həsrətininin yanğısından dünyasını bürümüş tüstü ğörünməz edib getdiyi yolu… amma gecə-gündüz gedir və həmdəmi yenə sözdür. Xəyalında, yuxularında bir əsir qalmış şəhər yaşadır və beləcə tərə dönən misralarını kağıza köçürür. “Şuşa həsrəti” nisgil ilmələri ilə toxunur:
Mənim yuxularımda bir şəhər yaşar,
Bağrımın qəm daşıdı səki daşları.
Gözləyir yolumuzu həsrət içində,
Mənim qan qardaşlarım, can sirdaşlarım.
Mənim bir daş üstündə olan şəhərim,
Daşın da nə ağırmış, daşına qurban!
Hopup sal daşlarına neçə göz yaşı,
Sənin daşına hopan yaşına qurban!
Ey mənim xan şəhərim, uca şəhərim,
Kimsə sala bilmədi taxtından səni!
Günahkar övladını əfv edərmisən?!
Biz qoruya bilmədik vaxtında səni!
Daşlarınla daşqalaq olunan şəhər,
Daşlarından tikdilər evlər yağılar…
Hopupdu daşlarına illər nisgili,
Daşlı küçələrində qəm var, kədər var.
Mən ki səndə ruhumu qoyub gəlmişəm,
Sənsiz bir quru cisməm, bir quru səsəm.
Şəhərim, pak qoynuna dönə bilmərəm
Şəhidlərin qanını yuya bilməsəm!..
(2013. Bakı.)
Bu, bir həqiqətdir ki, müqəddəslər sırasında vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan başlayır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. İlkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır… Əzələ! İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda. O da ola didərgin həyatı… İlahi kəlamın cazibəsinə düşürəm: “Torpaqdan yaratdı Adəmi Allah. Sonra “Ol” – dedi ona, torpaqdan var oldu o ”. (Qurani-Kərim, Əl-i İmran surəsi, ayə 59) Görünür, torpağın, yurdun qutsallığını da elə insanın ilkin yaranışı şərtləndirir ki, məskən – mədfən olaraq əzəldən əbədə mirasdı…
Ramiz Oğuz “Şuşa həsrəti” şeirində əzəldən-əbədə mirasın, yaxındaykən uzaqlığını göz önünə gətirir. Barıt qoxulu xəyallar közə dönüb dilini, dodağını qarsalayır, ürəyini göyüm-göyüm göynədir… İllərin naxışı alın qırışında düyünləndikcə, yaddaşın çözələyir ötən dönəmələri, Şuşa nisgili riqqətə gətirir qəlb məhvərini.
Dünyanın təzadlı dönəmləri var, özünün qovğaları, təlatümlü axarı, sinə dağlayan baxarı ilə… Zaman gəldi, əsir torpaqlarımızın ahını ovudan, dağlı sinələrin yanğısını səngidəcək Vətən müharibəsini yaşadıq. Ramiz Oğuz bu təzadlar fonunda yazır: – 44 günlük Vətən müharibəsində nələrin şahidi olmadıq?! Şəhid ömürdaşlarının nəşini başları üzərində ucaldaraq behişt məkanına yola salan gəlin-qızlarımız ilahi məhəbbət-sədaqət nümunəsi göstərdilər dünyaya. Budur Azərbaycan qadını!
Qarşınızda baş əyirəm. Bu şeir sizlərə ithafdır, şəhid qadınları… (“Şəhid qadını”)
Ömrün bahar çağında gördün tale qışını.
Ucaldıb başın üstə şəhid ömürdaşını
uzun bir yol gedirsən.
Bu yol Tanrı yazandı, addımbaşı xatirə…
Payızındı, qışındı,baharındı-yazındı.
Yolun – alın yazındı.
Sən yerdəki mələksən, qolların – qanadların.
Qanadında köç edir cənnətə şəhid yarın.
Üzün mənə tanışdı, səsin mənə tanışdı.
Ətrafın səsli-küylü, sənsə sükut içində…
Sənin bu susqunluğun mənə nələr danışdı!..
Sən yerdəki mələksən!Göydə mələklərə bax,
Qanadların açaraq yarının ətrafında pərvaz edir mələklər.
Şəhidi salamlayır: “Xoş gəldin, salam, əsgər!”
Qəfil əsən meh hardan?!
Səhər tezdən – sübh çağı… Bəlkə, cənnət mehidi?!
Öpər şəhid köksünə sarılmış al bayrağı!
Şəhid keçən yolların çiçəkləri başqadı: sanki behişt qoxuyur.
Ağaclarda quşların nəğməsi bir başqadı,
Yarına “Vida” adlı nəğməsinmi oxuyur?!
Bu ilahi məhəbbət, sədaqətin önündə baş əyirəm.
Anamsan, bacımsan, qızımsan mənim!
Əlindən öpməyə layiq deyiləm,
izn ver, Tanrının yazısından,
alnından öpüm sənin.
Yarını ucaltmaqla ucaltmısan adını,
Şəhid qadını!
(İyul, 2021. Bakı.)
Tale yanğısı dünyanın ən acı hönkürtüsüynən hopub misralara. Neçə-neçə qara örpək bağlayan, gözləri yol çəkən qız-gəlinlərin qüruru, ləyaqəti, mənəvi ucalığı Şəhid Qadını adında ehtiva olunur…
Qan yeri torpağın san yeri, üçrəngli bayrağın hürriyət sorağı, azadlıq yolunun çırağı, əbədiyyətin cənnət barı, Vətən sevdalı Tanrı yarı olan Şəhidlər haqqında, Şəhidlik mövzusunda yazılmış ədəbi örnəklərin hər birisi təbii olaraq təqdirəlayiqdir və ədəbiyyatımızın istər nəsr, istərsə də poeziya müstəvisində seçilən nümünələri şəksizdir. Düşünürəm ki, Ramiz Oğuzun “Şəhid Qadını” şeiri həm faktoloji, həm də obraz kontekstində spesefik mahiyyətdədir.
Vurğuladığım bu leytmotiv şairin “Xarıbülbül, sən azadlıq rəmzisən!” şeirində də özünü təsbit edir. Qeyd edim ki, Ramiz Oğuzu bu ifadəni (xarıbülbül – azadlıq rəmzi) poetik sərgiləyən ilklərdən saymaq olar.
Tarixi məxəzlərdən, şifahi xalq ədəbiyyatından bəllidir ki, xarıbülbülə zaman – zaman rəmz olaraq üz tutulub… Yeri gəlmişkən, el idrakının işığında bir ricət edim.
Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün qarşısında alçaltmaq imiş.
Külək öz gücünə, qüvvəsinə həddən artıq inanırmış. O əsəndə aləmi tozanaq bürüyər, bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib, yerlə-yeksan hala salarmış.
Həmin gün də külək var qüvvəsilə əsirdi, nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi:
– Ay zərif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verdi:
– Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o, heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
– Baxarıq!.. Sən məhəbbətini sına, mən də gücümü…
Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş, fil gövdəli ağaclara qədər hamı ona baş əyirdi, gül isə əyilmirdi.
Lakin onun da müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı…
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək, daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü qarşısında ikiqat əyəcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırdı. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykədi.
Külək daha da hiddətləndi. Bülbül gülün azacıq əyilən qamətini düzəltdi. Ancaq gülün xarı – tikanı onun sinəsinə sancıldı. Bülbül ağır yaralansa da, geri çəkilib, gülü əyilməyə qoymadı. Özünü məhəbbəti uğrunda fəda edən bülbülün canı gülün ləçəyinə hopdu. Gülün adı Xarı bülbül qaldı. Gülün bir ləçəyi üstə elə bil bülbül yatıb.
Ramiz Oğuz Zəfərimizin ucalığından xarıbülbülü azadlıq rəmzi kimi ğörür və coşqu ilə üz tutur:
Xarıbülbül,
Tanrının möcüzəsi, Tanrıdan pay gələn gül,
Sevinc-kədərimizi bizimlə tən bölən gül.
Sənə olan eşqimiz soruşma ki, nədəndi?!
Sənin aşiqin bizik, bu eşq ilahidəndi.
Keçib oddan-alovdan əllərimiz yetən gül,
Alnımıza yazılan, köksümüzdə bitən gül.
Bu günüm-sabahımsan… keçmişimin yaddaşı,
Ləçəyinə düşən şeh sənsizliyin göz yaşı.
Qorudun illərilə yağıdan ismətini,
Şükür, Tanrı bəxş etdi azadlıq qismətini.
Xarıbülbül…
Səni sevməyən yağı bir gün özü xar oldu!
Eşitdi Tanrı bizi, Tanrı bizə yar oldu.
Adın düşdü dillərə, adın iftixar oldu.
Kimimiz həsrətinlə həyata vida dedik,
Durna qatarlarıtək indi köçüb gəlmişik.
Kimimiz qazi olduq savaşın yollarında,
Səndən ötrü nələrdən bilsən keçib gəlmişik?!
Kimimiz şəhid olduq, Vətən haqqı andımız,
Şəhidlik şərbətini, gülüm, içib gəlmişik!
Səninlə bir əridi könlümüzün qubarı,
Daha boynunu bükmə, açıl günəşə sarı.
Nəbz qəlbin əks-sədası, qəlbimizin nəbzisən.
Azadlıq halal haqqın, sən azadlıq rəmzisən!
(İyun, 2021. Bakı.)
Misraların silqət və məna çaları öz dolğun poetikliyi qədərincə, həm də fəlsəfi yüklüdür. Nədir bu cəhəti şərtləndirən, nədir bu obrazlılıq batinindən boy göstərən mahiyyət?.. Bax, şeirin qayəsi, mayası da məhz bu sualların cavabından qaynaqlanır. İllərlə bağrının dağına dönmüş yurd həsrəti, nisgil odu və bu yanğını səngidən, ağrı-acıları ovudan Zəfər coşqusu, Qələbə möhtəşəmliyi və Qayıdış müjdəsi… Bu, bir yaşantı – şeirdir. Ramiz Oğuz poeziyasına xas olan məqamdır.
Müdriklik süzgəcindən keçib gələn belə bir deyim var: “Dənizin şorluğunu bilmək üçün bütün suyunu içməyə ehtiyac yoxdur”. Bu işıqlı düşüncənin ehtiva etdiyi məna çalarına müvazi olaraq deyə bilərəm ki, Ramiz Oğuzun nəzər saldığım, ovqatına qatıldığım şeirləri, ədəbi örnəklər bütövlükdə yaddaş təlqinləri və yurd yaşantıları olaraq poetik rəngtək səciyyələnir. Bu yaşantılar fərdin taleyi fonunda ictimai mahiyyət kəsb edir. Təbii ki, bu cəhət ədəbi sözün, poeziyanın ən ümdə qayəsini, fəlsəfəsini şərtləndirir…
Müzəffər ordumuzun 28 illik yurd ayrılığına son qoyan şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, Şuşa Zəfəri Şairin ümid işartılarını tonqallaşdırdı…
İnanıram ki, Ramiz Oğuz yaradıçılığında yeni mərhələ olaçaq “qayıdış şeirləri”i ədəbi hadisəyə çevriləcək.
Tapdıq Əlibəyli
şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,
Türk Ağsaqqalları Birliyi Təşkilat Komitəsinin üzvü,
Prezident təqaüdçüsü