Özünü yandıran qaziyə vaxtilə xeyli miqdarda yardım edilib - ÖZƏL
20-iyn, 21:39 123 Gündəm / SosialVətən müharibəsi veteranı Tağıyev İlkin Həmid oğlu ilə bağlı bəzi məlumatlar əldə edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Naftalan şəhər sakini, Naftalan şəhər İcra Hakimiyyəti qarşısında özünü yandıran İkinci Qarabağ müharibəsi veteranı, 1994-cü il təvəllüdlü İlkin Həmid oğlu Tağıyev ötən dövrdə sosial müdafiə tədbirləri ilə əhatə olunub.
İ.Tağıyevə 2021-ci ilin sentyabr ayında müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II qrup) əlillik təyin edilib.
Bununla əlaqədar İ.Tağıyevə birdəfəlik sığorta ödənişi (6 600 manat) verilib və həmin vaxtdan aylıq 1 361 manat sosial ödəniş (o cümlədən 400 manat təqaüd və 961 manat pensiya) ilə təmin edilir.
İ.Tağıyev Naftalan şəhər İH tərəfindən 2022-ci ilin oktyabr ayında mənzil növbəsinə götürülüb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik əsasında mənzillə təmin ediləcək.
Anası Tağıyeva Pərvanə Məşdi qızı özünüməşğulluq proqramı çərçivəsində maldarlıq üzrə təsərrüfatını qurması üçün 2021-ci ilin avqust ayında aktivlərlə təmin edilib.
Qeyd edək ki, YAŞAT Fondu tərəfindən İ.Tağıyevə ötən dövrdə ümumilikdə 50 768 manat maddi yardım da edilib.