NİKAH QANUNVERİCİLİYİ, ERKƏN NİKAHLAR VƏ FƏSADLARI
23-iyn, 19:22 218 GündəmBәşәriyyәtin әn gözәl vә ilаhi hisslәrindәn biri оnun аilә qurmаğа vә övlаd sаhibi оlmаğа mеylidir. Bәşәr tаriхi göstәrir ki, о yаrаndığı gündәn аilә qurumundа yаşаmışdır. Qәdim dövrdәn әsrimizә gәlib çаtmış ibtidai qәbilәlәrdә də bеlә аilә qurumu mövcud olmuşdur. Ailə - insan cəmiyyətinin daha möhkəm, sarsılmaz, ilkin özəyi olaraq, həm də ənənəvi milli dəyərləri özündə cəmləşdirir. Özünə möhkəm, sağlam ailə quran hər bir şəxs, şübhəsiz, ölkənin, cəmiyyətin möhkəmləndirilməsinə xidmət edir. Söhbət elə ailədən gedir ki, burada ər və arvad bir-birlərini sevir və hörmət edir, bir-birlərinə qayğı göstərir, sevinc və kədərlərini birgə bölür, övladlarını düzgün tərbiyyə edir, ailə və cəmiyyət qarşısında öz borclarını dərk edirlər. Xüsusən də xoşbəxt ailə quranlar həmişə hörmət, izzət sahibi olurlar. Ailəmizin necə olması, ilk növbədə, onun üzvlərinin qəlbində, əməlində və dövlət aktlarında öz əksini tapır. Görməli olduğun işdən, yaşamalı olduğun diyardan və səni əhatə edən cəmiyyətdən uzaqlaşmaq olar, lakin ailədən kənarlaşmaq mümkün deyil.
Azәrbaycan Respublikasında nikah vә ailә münasibәtlәrinin hüquqi baxımdan tәnzimlәnmәsi dövlәt tәrәfindәn hәyata keçirilir vә yalnız müvafiq icra hakimiyyәti orqanında bağlanmış nikah tanınır.
Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 17) qeyd edilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vətəndaşların digər hüquq və vəzifələri ilə yanaşı , onların nikah hüququ da Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyamızın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
Ümumdünya İnsan Hüquqları Bәyannamәsinin 16-cı maddәsindә deyilir: “Yetkinlik yaşına çatmış kişilәr vә qadınlar, heç bir irqi, milli vә ya dini mәhdudiyyәt olmadan bir-biri ilә evlәnmәk vә ailә qurmaq hüququna malikdir. Lakin nikah yalnız hәr iki tәrәfin azad vә tam razılığı әsasında baş verә bilәr. Əgәr nikaha daxil olmaq istәyәn bir tәrәf yetkinlik yaşında deyilsә vә gәlәcәk hәyat yoldaşı haqqında mәlumatlı qәrar qәbul etmәk iqtidarında deyilsә, bu cür razılıq “tam vә azad” ola bilmәz.
Azәrbaycan Respublikasının ailә qanunvericiliyi Azәrbaycan Respublikasının Konstitusiyasından, Ailә Mәcәllәsindәn, bu Mәcәllәyә uyğun olaraq qәbul edilmiş digәr müvafiq qanunvericilik aktlarından vә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn ibarәtdir. Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi nikahın bağlanması, nikaha xitam verilmәsi vә onun etibarsız sayılması qaydaları vә şәrtlәrini müәyyәn edir, ailә üzvlәri (әr-arvad, valideynlәr vә uşaqlar), elәcә dә ailә qanunvericiliyindә nәzәrdә tutulmuş hallarda vә hәddә başqa qohumlar vә digәr şәxslәr arasında yaranan әmlak vә şәxsi qeyri-әmlak münasibәtlәrini tәnzimlәyir, habelә valideyn himayәsindәn mәhrum olan uşaqların tәrbiyәyә götürülmәsi qaydalarını müәyyәn edir. Ailә münasibәtlәrinin hüquqi tәnzimi qadınla kişinin nikahının könüllülüyü, әr-arvadın hüquq bәrabәrliyi, ailәdaxili mәsәlәlәrin qarşılıqlı razılıq әsasında hәll olunması, uşaqların ailә tәrbiyәsinin üstünlüyü, onların rifahına vә inkişafına qayğı, ailәnin yetkinlik yaşına çatmayan vә әmәk qabiliyyәti olmayan üzvlәrinin hüquq vә mәnafelәrinin müdafiәsinin tәmin olunması prinsiplәrinә uyğun hәyata keçirilir.
Nikah kişi ilә qadının ailә qurmaq mәqsәdilә müvafiq icra hakimiyyәti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Nikaha daxil olarkәn vә ailә münasibәtlәrindә sosial, irqi, milli, dini vә dil mәnsubiyyәtinә görә vәtәndaşların hüquqlarının hәr hansı formada mәhdudlaşdırılması qadağandır. Ailәnin başqa üzvlәrinin vә digәr vәtәndaşların mәnәviyyatının, sağlamlığının, hüquqlarının vә qanuni mәnafelәrin müdafiәsi mәqsәdi ilә vәtәndaşların ailәdәki hüquqları yalnız qanun әsasında mәhdudlaşdırıla bilәr. Azәrbaycan ailәsi ümumbәşәri prinsiplәri daşıyaraq, ailәdә uşaqların vәtәnә sәdaqәt ruhunda tәrbiyә edilmәsi; ailә münasibәtlәrindә zәrәrli adәtlәrin aradan qaldırılması;. uşaqlarda ailә vә cәmiyyәt qarşısında mәsuliyyәt hissinin tәrbiyә edilmәsi kimi normalara әsaslanır. Ailә münasibәtlәrİ qadın vә kişinin könüllü nikah ittifaqı, bütün ailә üzvlәrinin maddi mülahizәlәrdәn azad olan qarşılıqlı mәhәbbәti, dostluğu vә hörmәt hisslәri әsasında qurulur.
Azәrbaycan Respublikası Konstitusiyasında tәsbit edilmiş qadın vә kişinin hüquq bәrabәrliyinә uyğun olaraq әr vә arvad ailә münasibәtlәrindә bәrabәr şәxsi vә әmlak hüquqlarına malikdirlәr. Nikaha daxil olan әr-arvadın soyad seçmәk hüququ vardır. Belә ki, әrarvad öz arzuları ilә onlardan birinin soyadını özlәri üçün ümumi soyad seçә, yaxud onlardan hәr biri nikahdan әvvәlki soyadını saxlaya vә ya öz әrinin (arvadının) soyadını öz soyadı ilә birlәşdirә bilәr. Nikaha daxil olanların biri vә ya hәr ikisi qoşa soyada malik olduqda soyadların birlәşdirilmәsinә yol verilmir. Ər-arvaddan birinin soyadını dәyişdirmәsi digәrinin soyadının dәyişdirmәsinә sәbәb olmur. Nikah pozulduqda әr (arvad) ümumi soyadlarını saxlamaq vә ya nikahdan әvvәlki soyadını bәrpa etmәk hüququna malikdir.
Nikah müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn nikaha daxil olmaq istәyәn şәxslәrin, Ailә Mәcәllәsinin 13.3-cü maddәsinә uyğun olaraq, tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayış әlavә edilmәklә, bu barәdә әrizә verdiklәri gündәn 1 ay sonra onların iştirakı ilә bağlanır. Üzürlü sәbәblәr olduqda, nikahın bağlanma müddәti müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn azaldıla vә ya 1 aydan çox olmayan müddәtә uzadıla bilәr. Xüsusi hallarda (hamilәlik, uşağın doğulması, hәr ikisinin yaşının 50-dәn yuxarı olması vә digәr hallarda) nikah әrizә verilәn gün bağlana bilәr. Ər-arvadın hüquq vә vәzifәlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn nikahın bağlanmasının dövlәt qeydiyyatı günündәn yaranır. Müvafiq icra hakimiyyәti orqanı nikahın qeydiyyatından imtina etdikdә nikaha daxil olmaq istәyәn şәxslәr (onlardan biri) inzibati qaydada vә (vә ya) mәhkәmәyә şikayәt edә bilәrlәr
Azәrbaycan Respublikasında nikah yaşı 18 yaş müәyyәn olunur. Üzürlü sәbәblәr olduqda, nikaha daxil olmaq istәyәn vә nikah yaşına çatmamış şәxslәrin yaşadıqları әrazinin müvafiq icra hakimiyyәti orqanı onların xahişi ilә nikah yaşının 1 ildәn çox olmayaraq azaldılmasına icazә verә bilәr. Nikahın bağlanma şәrtlәri : Nikahın bağlanması üçün nikaha daxil olan şәxslәrin yazılı razılığı, Ailә Mәcәllәsinin 13.3-cü maddәsinә uyğun olaraq, tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayışın tәqdim edilmәsi vә onların nikah yaşına çatmaları zәruridir.
Ailә Mәcәllәsinin 12-ci maddәsindә göstәrilәn hallarda nikah bağlana bilmәz. Aşağıdakı şәxslәr arasında nikahın bağlanmasına yol verilmir: - yaxın qohumlar (valideynlәr vә uşaqlar, babanәnә vә nәvәlәr, doğma vә ögey (ümumi ata vә anası olan) qardaş vә bacılar); övladlığa götürәnlәr vә övladlığa götürülәnlәr; ikisindәn biri vә ya hәr ikisi başqası ilә nikahda olan şәxslәr; tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayışı tәqdim etmәkdәn imtina edәn şәxslәr; ikisindәn biri vә ya hәr ikisi ruhi xәstәlik vә ya әqli gerilik nәticәsindә mәhkәmә tәrәfindәn fәaliyyәt qabiliyyәti olmayan hesab edilәn şәxslәr.
Ailә Mәcәllәsinin 13-cü maddәsindә nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәsi qeyd edilmişdir. Nikaha daxil olmaq istәyәn şәxslәr siyahısı müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn xәstәliklәr üzrә tibbi müayinәdәn keçirlәr. Nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәsi, habelә hәmin şәxslәrә tibbigenetik, tibbi-psixoloji vә ailәnin planlaşdırılması mәsәlәlәri üzrә mәslәhәt verilmәsi onların müraciәti ilә yaşayış yeri üzrә dövlәt vә (vә ya) bәlәdiyyә tibb müәssisәlәrindә müvafiq olaraq dövlәt vә ya yerli büdcәnin vәsaitlәri hesabına (“Tibbi sığorta haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq xidmәtlәr zәrfindә nәzәrdә tutulduğu halda isә icbari tibbi sığorta vәsaitlәri hesabına) hәyata keçirilir. Nikaha daxil olmaq istәyәn şәxslәrә onların tibbi müayinәsinin nәticәlәri ilә yanaşı, tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayış verilir. Nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayış tibbi müayinәdәn keçmә faktını vә bu Mәcәllәnin 13.2-ci maddәsinә uyğun olaraq, tibbi mәslәhәtin verildiyini tәsdiq edir vә hәmin şәxslәrin tibbi müayinәsinin nәticәlәrini әks etdirmir. Nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayış onların müvafiq icra hakimiyyәti orqanına nikaha daxil olmaq barәdә verdiklәri әrizәyә әlavә olunur. Müvafiq icra hakimiyyәti orqanlarının vәzifәli şәxslәri nikaha daxil olmaq istәyәn şәxslәrdәn onların tibbi müayinәsinin nәticәlәrini tәlәb edә bilmәz. Nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәdәn keçmә qaydası vә nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәdәn keçdiklәrini tәsdiq edәn arayışın forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilir.
Nikaha daxil olmaq istәyәn şәxslәrin tibbi müayinәsinin nәticәlәri hәkim sirridir. Nikaha daxil olan şәxslәrdәn biri özündә dәri-zöhrәvi xәstәliyinin vә insanın immunçatışmazlığı virusunun törәtdiyi xәstәliyin olmasını o birindәn gizlәtdikdә, digәr tәrәf nikahın etibarsız sayılması tәlәbi ilә mәhkәmәyә müraciәt edә bilәr.
Nikahın qeydә alınması. Nikaha daxil olmağı arzu edәnlәr nikaha daxil olanlardan vә ya onların valideynlәrindәn birinin seçdiyi hәr hansı bir Qeydiyyat şöbәsi, konsulluq idarәsi vә icra hakimiyyәtinin nümayәndәliyinә tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə şәxsәn yazılı әrizә verirlәr. Ərizәdә nikaha daxil olmaq üçün qanunvericilikdә nәzәrdә tutulmuş maneәlәrin olmadığı tәsdiq edilmәli, habelә hәrәnin neçәnci nikaha daxil olduğu vә neçә uşağı olduğu göstәrilmәli, әrizә blankında göstәrilmiş digәr suallara cavab verilmәlidir. olunur. Ərizәni qәbul etmiş müvafiq icra hakimiyyәti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şәrtlәri vә qaydası ilә tanış etmәyә, bu şәxslәrin bir-birinin sәhhәti vә ailә vәziyyәti haqqında xәbәrdar olduqlarını yәqin etmәyә, habelә gәlәcәk әr-arvad vә valideyn kimi onlara hüquqlarını vә vәzifәlәrini izah etmәyә, elәcә dә nikaha daxil olmaqla maneәlәrin gizlәdilmәsi üçün mәsuliyyәt daşıdıqları haqqında onları xәbәrdar etmәyә borcludur. Nikahın qeydiyyatının günü vә saatı nikaha daxil olan şәxslәrlә razılaşdırılaraq qanunvericilikdә nәzәrdә tutulmuş müddәtlәrә әmәl etmәklә әrizә verilәn gündәn 1 ay tez olmayaraq tәyin edilir. Nikahın qeydiyyatı günü tәyin edilәrkәn nikaha daxil olanlar nikahı tәntәnәli şәraitdә bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlәr.
Nikahı qeyd etmәk üçün tәyin olunmuş günәdәk nikahın qeyd edilmәsinә qanuni maneәlәr olduğu haqqında müvafiq icra hakimiyyәti orqanına әrizә daxil olarsa, qeydiyyat tәxirә salınır, әrizә verәnә isә әrizәni tәsdiq edәn sәnәdli sübutlar tәqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Müәyyәn edilmiş müddәtdә әsaslı sübutlar tәqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilәr. Nikahın qeydә alınması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn nikaha daxil olan şәxslәrin iştirakı ilә aparılır. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şәhadәtnamә verilir.
Azәrbaycan Respublikasının әrazisindә әcnәbi şәxs üçün nikahın bağlanma şәrtlәri onun ölkәsinin qanunvericiliyi ilә yanaşı, Azәrbaycan Respublikasının qanunvericiliyindәki tәlәblәrә әmәl olunmaqla müәyyәn edilir. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdә başqa qayda nәzәrdә tutulmadıqda, evlәnmәk arzusunda olan әcnәbilәrin vә ya vәtәndaşlığı olmayan şәxslәrin vәziyyәtini tәsdiq edәn sәnәdlәrindә onların ailә vәziyyәti barәdә qeydin olmamasına әsaslanaraq, onlardan vәtәndaşı olduqları vә ya daimi yaşadıqları ölkәnin sәlahiyyәtli orqanları tәrәfindәn verilmiş ailә vәziyyәti haqqında arayış tәlәb edilir. Arayış müәyyәn olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündәn 6 ay müddәtindә etibarlıdır.
Müәyyәn müddәtә vә ya ömürlük azadlıqdan mәhrumetmә növündә cәzaların icrası zamanı mәhkumlarla, barәlәrindә hәbs qәtimkan tәdbiri seçilmiş vә istintaq tәcridxanalarında saxlanılan şәxslәrlә nikahın qeydә alınması aşağıdakı xüsusiyyәtlәr nәzәrә alınmaqla, ümumi qaydada hәyata keçirilir: mәhkumlarla vә istintaq tәcridxanalarında saxlanılan şәxslәrlә nikah cәzaçәkmә müәssisәsinin vә ya istintaq tәcridxanalarının olduğu yer üzrә Qeydiyyat şöbәsi tәrәfindәn qeydә alınır. Nikah bağlamağı mәhkum arzu edirsә, cәzaçәkmә müәssisәsinin müdiriyyәti onu müәyyәn olunmuş forma üzrә nikah haqqında әrizә blankı ilә tәmin edir. Mәhkum әrizәnin özünә aid hissәsini doldurduqdan sonra cәzaçәkmә müәssisәsinin müdiriyyәti әrizәdә göstәrilәn mәlumatları mәhkumun şәxsi işindәki sәnәdlәrlә tutuşdurur, onun imzasını vә әrizәdә göstәrilәn mәlumatların doğruluğunu (cәzaçәkmә müәssisәsi rәisinin imzası vә möhürlә) tәsdiq edir; bundan sonra cәzaçәkmә müәssisәsinin müdiriyyәti әrizәni mәhkumun nikaha daxil olmağı arzu etdiyi şәxsә göndәrir. Belә әrizәni alan şәxs nikah bağlamağa razı olduqda, özünә aid hissәsini doldurur vә Qeydiyyat şöbәsinә şәxsәn tәqdim edir; Qeydiyyat şöbәsi nikah haqqında birgә әrizәni qәbul edәrәk nikahın qeydiyyatı gününü vә vaxtını cәzaçәkmә müәssisәsinin müdiriyyәti ilә razılaşdırmaqla müәyyәn edir, bu barәdә nigah bağlayan şәxslәrә, o cümlәdәn mәhkuma cәzaçәkmә müәssisәsinin müdiriyyәti vasitәsilә qabaqcadan mәlumat verir; mәhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istәyәn şәxslәrin iştirakı ilә cәzaçәkmә müәssisәsinin müdiriyyәtinin Qeydiyyat şöbәsi ilә razılaşdırmaqla müәyyәn etdiyi yerdә (binada, otaqda) hәyata keçirilir.
Nikaha daxil olmağı arzu edәn şәxslәrdәn biri ağır xәstәliyi ilә әlaqәdar nikahın qeydә alınması üçün Qeydiyyat şöbәsi, konsulluq idarәsi vә icra hakimiyyәti nümayәndәliyinin yerlәşdiyi binaya (otağa) gәlә bilmәdikdә nikahın qeydiyyatı nikaha daxil olanların hәr ikisinin iştirakı ilә, bu Qaydaların şәrtlәrinә әmәl olunmaqla evdә, tibb müәssisәlәrindә aparıla bilәr. Bu halda nikaha daxil olmağı arzu edәn şәxsin Qeydiyyat şöbәsi, konsulluq idarәsi vә icra hakimiyyәti nümayәndәliyinin yerlәşdiyi binaya (otağa) gәlә bilmәmәsinin sәbәbi hәkim arayışı ilә tәsdiq olunur vә bu arayış nikah haqqında әrizәyә әlavә edilir. Nikah haqqında akt qeydinin 16-cı qrafasına nikahın bağlandığı yer vә hәkim arayışı barәdә mәlumatlar daxil edilir.
Nikaha daxil olmağı arzu edәn şәxslәrin müraciәtinә әsasәn nikah toy mәrasimindә qeydә alına bilәr. Nikahın qeydiyyatı günü tәyin edilәrkәn nikaha daxil olmağı arzu edәn şәxslәr Qeydiyyat şöbәsi, konsulluq idarәsi vә icra hakimiyyәtinin nümayәndәliyinә nikahın toy mәrasimindә qeydә alınmaq istәyi barәdә mәlumat verirlәr.
Nikahın dövlәt qeydiyyatına alınmasına görә bu mәqsәdlә müraciәt etmiş şәxslәr "Dövlәt rüsumu haqqında" Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş qaydada vә miqdarda dövlәt rüsumu ödәyirlәr.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir.
Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə”, “Mobil əhali ” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir. Bu gün Ədliyyə Nazirliyinin bütün sahələrində o cümlədən vətəndaşlıq vəziyyəti aktları ilə bağlı vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədi ilə bir çox elekton müraciətlər üçün şərait yaradılmışdır. Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) elektron xidmət bölməsi yaradılmış və burada vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron xidmətlər sadalanmışdır. Belə ki, vətəndaşlar çətinlik çəkmədən, çox asan şəkildə "vətəndaşlıq vəziyyəti aktları" bölməsinə daxil olaraq ,doğumun, nikahın qeydə alınması, həmçinin, digər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə elektron müraciət edə bilərlər. Xüsusilə, qeyd etmək lazımdır ki, vətəndaşların vaxta qənaət edərək, şəffaf və rahat şəkildə nikaha daxil olmaq üçün ərizəni və bununla bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərməsi, qeydiyyat orqanına yaxınlaşmadan, qeydiyyatın təyin olunduğu günü müəyyənləşdirməsi, artıq realığa çevrilmişdir.
Nikah qeydiyyatı üçün vәtәndaşlar aşağı qaydada elektron müraciәt edә bilәrlər:
Bunun üçün “www.exidmet.justice.gov.az” Elektron Hökumәt portalına daxil olub, Ədliyyә Nazirliyi tәrәfindәn tәqdim olunan e-xidmәtlәrin siyahısından “Nikah qeydiyyatı üçün elektron müraciәt” xidmәtini seçmәlidirlәr . Açılan formanın içindә “Qeydiyyat orqanı” sәtrindә lazımi qeydiyyat orqanının adını seçdikdәn sonra, nikaha daxil olan vәtәndaşlar tәqdim olunan xüsusi sәtirlәrә öz şәxsi mәlumatlarını yazmalıdırlar. Hәm kişi, hәm dә qadın şәxsi mәlumatlarını doldurduqda sağlamlıq haqqında tibbi arayışları da әlavә etmәlidir. Qeyd olunmuş sәtirlәrin hamısını şәxsi mәlumatlarla doldurduqdan sonra “Tәsdiq” düymәsindәn istifadә edәrәk yaradılmış elektron müraciәti Ədliyyә Nazirliyinin müvafiq qeydiyyat orqanına göndәrildikdә açılan növbәti sәhifәdә müraciәtin qәbul olunduğu vә dövlәt rüsumunun onlayn ödәnilmәsinә keçib barәdә mәlumat öz әksini tapır. Ödәniş sәhifәsinә keçdikdә xidmәtin növü “Vәtәndaşlıq vәziyyәti aktlarının dövlәt qeydiyyatı” “Qurumun adı” müraciәt ediyiniz qeydiyyat şöbәsi, “Ödәnişin tәyinatı” “Nikahın qeydә alınması” seçilir. Bütün xanalar doldurulduqdan sonra “Növbәti” düymәsi sıxılaraq mәlumatların yoxlanılması sәhifәsinә keçid edilir. Əgәr daxil etdiyiniz mәlumatlar düzdürsә, “Ödәniş et” düymәsi sıxılaraq ödәmә sәhifәsinә keçid edilir. Nikah üçün әrizә uğurla sonlandıqda qeyd edilәn elektron poçt ünvanına müraciәtin qәbulu barәdә bildiriş göndәrilir.
Azәrbaycan Respublikasının Ədliyyә Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 28-N nömrәli Qәrarı ilә “Nikah haqqında vәtәndaşlıq vәziyyәti aktının dövlәt qeydiyyatı üçün müraciәtin vә sәnәdlәrin qәbulu üzrә “inzibati reqlament tәsdiq edilmişdir. Bu inzibati reqlamentdә qeyd olunur ki, nikaha daxil olmaq istәyәn şәxslәr qeydiyyat orqanına getmәdәn elektron qaydada nikaha daxil olmaq haqqında әrizә formasını dolduraraq, nikahın vaxtını vә tarixini müәyyәnlәşdirirlәr. İnformasiya sisteminin müvafiq pәncәrәsindә nikaha daxil olmaq istәyәn şәxslәrdәn hәr biri yuxarıda qeyd olunan mәlumatları daxil edir, hәmçinin nikah tarixini, saatını vә yerini müәyyәnlәşdirәrәk elektron әrizә formasını tәsdiq edir. Sorğu qәbul olunduğu tәqdirdә bu barәdә istifadәçiyә müvafiq mәlumatlar tәqdim olunur.
Elektron xidmәtin göstәrilmәsi üçün inzibati prosedurlar bölmәsindә isә elektron xidmәtin göstәrilmәsi vә ya imtina edilmәsi әksini tapır. İstifadәçilәr müvafiq mәlumatları sәhv daxil etdikdә, hәmçinin şәxsiyyәt vәsiqәsi qüvvәdәn düşdükdә sistem tәrәfindәn sorğunun yerinә yetirilmәsindәn imtina edilir. Sorğunu yerinә yetirmәkdәn imtina istifadәçinin yenidәn sorğu vermәsinә mane olmur. İstifadәçilәr müvafiq mәlumatları düzgün daxil etdikdә sorğu qәbul olunur. İstifadәçi elektron xidmәt vasitәsilә aidiyyatı qeydiyyat orqanını seçәrәk, qeyd olunanlar әsasında elektron qaydada әrizә formasını doldurduqdan sonra nikahın qeydiyyatının aparılması üçün vәtәndaşın müraciәtinә әsasәn tarix tәyin edilir vә vәtәndaş nikahın rәsmilәşdirilmәsi üçün qeydiyyat orqanına dәvәt edilir.
Qeydiyyat orqanının mәsul şәxsi sәnәdlәri vә elektron әrizә formasını qәbul edir; – Mәlumatların düzgünlüyü vә qanunvericiliyin tәlәblәrinә uyğun olub - olmaması qeydiyyat orqanının mәsul şәxsi tәrәfindәn yoxlanılır; – Nikahın qeydiyyata alınması üçün vәtәndaşın müraciәtinә әsasәn tarix tәyin edilir vә vәtәndaş nikahın rәsmilәşdirilmәsi üçün qeydiyyat orqanına dәvәt edilir (elektron bildiriş alır).
Ailә Mәcәllәsinin 38-ci maddәsindә Nikah müqavilәsi vә onun mәzmunu göstәrilmişdir. Nikah müqavilәsi nikaha daxil olan şәxslәr arasında bağlanan, nikah dövründә vә (vә ya) nikah pozulduqda әr-arvadın әmlak hüquqlarını vә vәzifәlәrini müәyyәn edәn sazişdir. Nikah müqavilәsi ilә әr-arvad birgә mülkiyyәtin qanunla müәyyәn olunmuş rejimini dәyişәrәk, ümumi әmlaka, onun ayrı-ayrı növlәrinә vә ya әr-arvadın hәr birinin әmlakına birgә, paylı vә ya ayrıca mülkiyyәt rejimi tәtbiq edә bilәrlәr. Nikah müqavilәsi әr-arvadın mövcud olan vә gәlәcәkdә әldә edәcәklәri әmlaka dair bağlana bilәr. Ər-arvad nikah müqavilәsindә bir-birinin qarşılıqlı saxlanması, birbirinin gәlirlәrindә iştirak üsulları, hәr birinin ailә xәrclәrindә iştirakı qaydası ilә bağlı hüquq vә vәzifәlәrini, nikah pozulduqda hәr birinә düşәcәk әmlakı vә әr-arvadın әmlak münasibәtlәrinә dair hәr hansı başqa müddәanı müәyyәnlәşdirmәk hüququna malikdirlәr. Hәmçinin Nikah müqavilәsinә mediasiyaya dair şәrtlәr daxil edilә bilәr.
Nikah müqavilәsindә nәzәrdә tutulmuş hüquq vә vәzifәlәr müәyyәn müddәtlәrlә mәhdudlaşa bilәr, müxtәlif şәraitin yaranıb-yaranmamasından asılı ola bilәr. Nikah müqavilәsindә әr-arvadın hüquq vә fәaliyyәt qabiliyyәtini, öz hüquqlarının müdafiәsi üçün mәhkәmәyә müraciәt etmәk hüququnu, uşaqlara münasibәtdә hüquq vә vәzifәlәrini, elәcә dә әr-arvad arasındakı şәxsi qeyri-әmlak münasibәtlәrini tәnzimlәyәn, ehtiyacı olan vә әmәk qabiliyyәti olmayan әrin(arvadın) saxlanılması üçün vәsait almaq hüququnu mәhdudlaşdıran, әr-arvaddan birini çox әlverişsiz vәziyyәtә salan vә ailә qanunvericiliyinin әsaslarına zidd olan müddәalar nәzәrdә tutula bilmәz.
Nikah müqavilәsinin bağlanma qaydası: Nikah müqavilәsi nikahın bağlanmasının dövlәt qeydiyyatına qәdәr, elәcә dә nikah dövründә istәnilәn vaxtda bağlana bilәr. Nikahın bağlanmasının dövlәt qeydiyyatına qәdәr bağlanmış nikah müqavilәsi nikahın bağlanmasının dövlәt qeydiyyatına alındığı gündәn qüvvәyә minir. Nikah müqavilәsi yazılı formada bağlanır vә notariat qaydasında tәsdiq olunur. Nikah müqavilәsi әr-arvadın razılığı ilә istәnilәn vaxt bu Mәcәllәnin 39.3-cü maddәsindә göstәrilәn qaydada dәyişdirilә vә ya pozula bilәr. Nikah müqavilәsinin icrasından birtәrәfli qaydada imtina etmәyә yol verilmir. Ərin (arvadın) tәlәbinә әsasәn mәhkәmәnin qәtnamәsi ilә nikah müqavilәsi Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi ilә müqavilәlәrin dәyişdirilmәsi vә pozulması üçün nәzәrdә tutulmuş әsaslarla vә qaydada dәyişdirilә vә ya pozula bilәr.
Nikah müqavilәsindә nikah pozulduqdan sonrakı dövr üçün nәzәrdә tutulan vәzifәlәr istisna olmaqla, nikaha xitam verilmәsi anından nikah müqavilәsinә dә xitam verilir. Nikah müqavilәsi Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi ilә әqdlәrin etibarsız hesab edilmәsi üçün nәzәrdә tutulmuş әsaslarla mәhkәmә tәrәfindәn tamamilә vә ya qismәn etibarsız hesab edilә bilәr. Müqavilәnin şәrtlәri әri (arvadı) çox әlverişsiz vәziyyәtә saldıqda nikah müqavilәsi onun tәrәfindәn mübahisәlәndirilә bilәr. Nikah müqavilәsinin Ailә Mәcәllәsinin 38.6-cı maddәsinin digәr tәlәblәrini pozan şәrtlәri әhәmiyyәtsizdir vә müqavilәnin bağlandığı andan etibarsız hesab edilir.
Bir çox hallarda, ailə qurmaq istəyən tərəf digər tərəfin “mənimlə evlənmədən öncə boşanmağı düşünür” fikirləşməsindən çəkinərək, nikah müqaviləsi bağlamağı təklif etmir. Lakin nikah müqaviləsi cütlüyün bir-birini az və ya çox sevməsinin göstəricisi deyil. Hətta çox vaxt vaxtında bağlanmış nikah müqaviləsi gələcəkdə yarana biləcək əmlak mübahisələrini minimuma endirir.
Tәәssüf ki, ailә vә nikah qanunvericiliyinә zidd olan, bu gün bütün dünyada olduğu kimi, ölkәmizdә dә doğurduğu fәsadlara vә cәmiyyәtә vurduğu ziyana görә ekәn nikah mәsәlәsi dövrümüzün mühüm vә aktual problemlәrindәn biri olaraq qalır. Belә ki, erkәn yaşda qızların ailә hәyatı qurmağa mәcbur edilmәsi, onların tәhsilinә, bir fәrd kimi inkişafına mane olur, psixologiyasına mәnfi tәsir göstәrir. Erkәn nikah gәlәcәk nәsillәrin sağlamlığı vә hәyatını tәhlükә altına atmaqla yanaşı, hәmçinin risklәr dә yaradır. Belә hallar boşanmalara, sağlamlıq imkanları mәhdud uşaqların dünyaya gәlmәsinә vә nәticәdә sosial cәhәtdәn hәssas qrupların sayının artmasına sәbәb olur. Aparılan tәdqiqatlar göstәrir ki, şәhәrlәrdәn çox kәnd yerlәrindә qızlar erkәn әrә gedir vә erkәn dә ayrılırlar. Qızların tәhsilsizliyi, ailәlәrin sosial vәziyyәti bәzәn problemin yaranmasında rol oynayır. Hazırda ölkәmizdә bu mәsәlәnin nәzarәtdә saxlanılması vә hәll edilmәsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azәrbaycan Respublikası 1992- ci ildә BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azәrbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlәt Proqramları vahid dövlәt uşaq siyasәtinin formalaşdırılması vә hәyata keçirilmәsi sahәsindә milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azәrbaycanda erkәn nikahların qarşısının alınması üçün mövcud qanunlar tәkmillәşdirilib. Azәrbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fәrmanı ilә tәsdiq edilmiş “Azәrbaycan 2020: gәlәcәyә baxış” İnkişaf Konsepsiyasına әsasәn hazırlanmış “Azәrbaycan gәncliyi 2017-2021- ci illәrdә” Dövlәt Proqramına әsasәn Azәrbaycanda uşaqların, o cümlәdәn qızların hüquqlarının müdafiәsi sahәsindә böyük işlәr görülmüş, gәlәcәkdә görülәcәk tәdbirlәr artıq müәyyәn edilmişdir. “Mәişәt zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi vә qadın) bәrabәrliyinin tәminatları haqqında” Azәrbaycan Respublikasının Qanunları bu sahәdә olan problemlәrin hәllinә yönәlib. 2011-ci ildә Azәrbaycan Respublikasının Ailә Mәcәllәsinә dәyişiklik edilәrәk qadınlar üçün minimum yaş hәddinin 17-dәn 18-ә qaldırılması bu sahәdә aparılan dövlәt siyasәtinin әn mühüm göstәricilәrindәn biridir. Qanunvericiliyә görә tam fәaliyyәt qabiliyyәti olmayan şәxslәr uşaq hesab edilir. Belә olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Erkәn nikah qanun pozuntusu olmaqla yanaşı, hәm dә insan psixologiyasına, xüsusilә dә azyaşlı qızların sağlamlığına tәhlükә yaradır. Eyni zamanda erkәn yaşda әrә verilәn qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zәmanәt olmadan ailә qururlar. Belә ki, boşanmalar baş verdikdә isә rәsmi nikah olmadığından heç bir mülkiyyәt hüquqi әldә edә bilmirlәr. Erkәn әrә gedәn qızların özlәri hәlә uşaqlıq dövrünü yaşadığı üçün, hәmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlәr yaradır. Bu isә öz növbәsindә ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbәti bir erkәn nikaha zәmin yaranır.
Erkәn yaşda ailә quran qızlar tәhsildәn dә kәnarda qalırlar. Ən azından ibtidai tәhsilli bir xanımla, orta mәktәbi tam olaraq bitirmiş bir xanımın ailәsindә çox böyük fәrqlәr olur. Bu qarşılıqlı münasibәtdә, övlad yetişdirmәkdә özünü çox aydın biruzә verir. Tәhsil hәm psixoloji, hәm sosioloji, hәm dә fiziki cәhәtdәn tәsiredici amil kimi qiymәtlәndirilir. Buna görә dә, valideynlәr öz övladlarını erkәn nikaha sövq etmәkdәn çәkinmәli, onların tәhsillәrini bitirmәlәrinә şәrait yaratmalıdırlar. Valideynlәr başa düşmәlidir ki, övladlarının yerinә qәrar qәbul etmәk olmaz. Onlar övladlarına bir şәxsiyyәt olaraq yanaşmalı, onlara seçim etmәyә imkan vermәli, psixoloji olaraq ailә qurmağa hazır olduqdan sonra “xeyir-dua” vermәlidirlәr. Valideyn dәrk etmәlidır ki, hәr şeydәn vacib övladının xoşbәxtliyidir. Bu baxımdan valideyn “qız yükü, duz yükü” prinsipi ilә, sterotiplәrlә davranıb qız övladını elә tez “başından etmәk”, “yükdәn qurtarmaq” psinsipi ilә davranmamalıdır. Eyni zamanda nәzәrә alınmalıdır ki, artıq 18 yaşına çatmış oğlan vә qız uşaq deyil, müstәqil fәrddir vә onun şәxsi hәyatına müdaxilә yolverilmәzdir. Bu cür mәsәlәlәrdә mәktәblәrin rolu da çox vacibdir. Xüsusilә, ümumtәhsil mәktәblәrindә cinsi maariflәndirmә dәrslәrinin keçirilmәsi çoxdan dәrs proqramlarına salınmalı idi. Bu mәsәlәlәrdә maariflәndirmә işini valideyn dә etmәlidir. Çox vaxt valideynlә övlad arasında dәrin uçurum olur, uşaq öz problemlәrini valideynlәrinә demәyә cәsarәt etmir vә nәticәdә arzuolunmaz hallar baş verir.
Erkәn nikahlar әsasәn aşağıdakı hallarda baş verir:
• erkәn nikah probleminin özündә tarixi әnәnәlәrin yükünü daşıması, yәni tarixi әnәnә vә mentalitetdәn irәli gәlәn sәbәblәr: "qarımış qız", "qız yükü duz yükü", "tez evlәnәnlә tez yuxudan duran qazanar" kimi yanlış stereotiplərin hələ də qalması; • valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi. Bəzi valideynlərin erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə dair fikirlərindən fərqli olaraq, BMT araşdırmaları bunu təkzib edir. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir. • ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan maddi durum, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. • kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik; • kəndlərdə kişilərin əmək miqrasiyasının qadınlar arasında müəyyən abhavanın yaranmasına, ailə qura bilməmək qorxusuna səbəb olması; • qaçırılma halları və s.
Erkən nikahların fəsadları:
• fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar. • təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. • peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir; • intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır. • boşanma hallarının sayı artır; • erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır; • və s. Bundan başqa, erkәn nikahların vә erkәn hamilәliyin yalnız ana vә körpә üçün deyil, cәmiyyәt üçün dә mәnfi fәsadları ola bilәr. Belә ki, tәhsilsiz vә nikahsız gәnc ananın problemi, tәkcә, onun cәmiyyәtin inkişafı üçün töhfә vermәk imkanından mәhrum olması ilә bitmir, o hәtta ailәsi ilә birlikdә bu cәmiyyәtdә artıq yükә çevrilә bilәr.
Unutmaq olmaz ki, azyaşlı uşaqları erkәn nikaha vә uşaq evliliyinә mәcbur etmәk, hәtta ictimai müzakirәlәr zamanı belә hallara haqq qazandırmaq müasir, demokratik ölkәlәr üçün heç bir halda normal qәbul edilә bilmәz vә birmәnalı olaraq gender әsaslı zorakılığın әn bariz “nümunәsi” kimi dәyәrlәndirilmәlidir.
Maariflәndirmә işlәri aparılaraq, cәmiyyәtin bütün üzvlәrinә aşılanmalıdır ki, gәlәcәk nәsillәrin sağlamlıq vәziyyәti - gәlәcәk anaların sağlamlığından birbaşa asılıdır. Bunun üçün tarixi әnәnәlәrin bizә miras qalmış ağır "yükündәn", bәzi mental stereotiplәrdәn azad olmalıyıq. Sağlam tәmәllәr üzәrindә qurulmuş ailәnin әsas şәrtlәri, ilk öncә ailәni quran şәxslәrin şәxsiyyәti, onların dünyagörüşü, intellektual sәviyyәsi, sağlamlığı, fiziki vә psixoloji inkişaf sәviyyәsi vә s bu kimi bioloji, sosial vә psixoloji faktorlardan asılır.
Bir daha vurğulamaq lazımdır ki, әxlaq vә hüquq normaları sabit qalmır, zamanla dәyişir. 21-ci әsrdә müasir informasiya texnologiyaları dövründә yaşadığımız vaxtda әsrlәrdәn bәri formalaşmış sterotiplәrdәn qurtulmalı, tәhsilә önәm vermәli, maariflәndirmә işi daha da tәkmillәşdirmәlidir. Mövcud yanlış adәt-әnәnәlәr vә sterotiplәr hüquq normalarımız vә hüquq praktikamız hesabına sıradan çıxmalı, ictimai münasibәtlәr sağlamlaşmalı, әxlaq qaydaları ilә hüquq normaları әksәr hallarda üst-üstә düşmәlidir.
Demokratik inkişaf modelini seçmiş, hüquqi demoktatik dövlәt quruculuğunu özünün prioritet istiqamәti hesab edәn Azәrbaycan Respublikası insan hüquqları sahәsindә bir sıra әhәmiyyәtli konvensiyalara qoşularaq dünya standartlarına cavab verәn qanunvericilik bazası yaratsa da, tәәssüf ki, hәlә dә cәmiyyәt üzvlәri arasında әsrlәrdәn bәri, “milli-mәnәvi dәyәrlәr adı altında formalaşmış yanlış adәt-әnәnәlәrin tәsirinә düşәnlәrdәn qurtulmamışıq. Mәhz bu sәbәbdәn dә qanun çәrçivәsindә zәruri olan bütün klassik nümunәvi Azәrbaycan ailә modelini vә milli-mәnәvi dәyәrlәrini müasir dövrün tәlәblәri, dünyәvi qanunlarla uzlaşdırmalıyıq. Bundan başqa, bu sahәdә qanunun aliliyi vә işlәkliyi tәmin edilmәlidir. Qızların tәhsildәn yayındırılaraq, әrә verilmәsi probleminin hәlli istiqamәtindә әlaqәdar şәxslәrin cinayәt vә inzibati mәsuliyyәti qanunvericilikdә öz әksini geniş tapmalıdır. Cinayәt Mәcәllәsi ilә yanaşı, Mülki vә Ailә mәcәllәlәrindә, hәmçinin “Tәhsil haqqında” Qanunda xüsusi hüquqi mәsuliyyәt müәyyәn edәn vә erkәn nikahların qarşısını alan maddәlәr öz әksini tapmalıdır ki, gәnc qızların tәhsildәn yayındırılaraq vә zorakılığa mәruz qalaraq әrә verilmәsinә yol verәn şәxslәr – istәr valideynlәr, istәrsә dә kәbin kәsәn din xadimlәri özlәrindә hüquqi mәsuliyyәt hiss etsinlәr vә buna yol vermәsinlәr. Hәmçinin, vәtәndaş mәsuliyyәti artırılmalı, erkәn nikaha daxil olaraq, zorakılığa mәruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstәrilmәli, erkәn nikahın acı nәticәlәri vә mәişәt zorakılığı haqqında mәktәblәrdә mütәmadi tәlimlәr keçirilmәli, erkәn nikahın әksәr hallarda qeyri-normal tәsiri, ailә münasibәtlәri vә doğulan uşaqların bәslәnmәsindә qarşıya çıxa bilәcәk problemlәrin baş verәcәyini әks etdirәn maariflәndirici materiallar hazırlanmalıdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, cəmiyyətimizin həssas qrupu olan qadınların hüquq bərabərliyinin, uşaqların sağlam mühitdə inkişafına müsbət təsir göstərir. Bu istiqamətdə həmçinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən tədbirlər çərçivəsində dövlət gənclər siyasətinə uyğun olaraq gənclər arasında ailənin və nikahın əhəmiyyətinə, onun qorunması və möhkəmləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamәtdә görülәn işlәrin davamı olaraq, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 23 iyun 2020- ci il tarixli, 213 nömrәli Qәrarı ilә “Gәnclәr arasında ailәnin vә nikahın әhәmiyyәti, onun qorunması vә möhkәmlәndirilmәsi mәqsәdi ilә erkәn nikahın vә qohumlar arasında nikahın mәnfi nәticәlәrinә dair maariflәndirmә Qaydası” tәsdiq edilmişdir. Qaydada gәnclәr arasında erkәn nikahın vә qohumlar arasında nikahın mәnfi nәticәlәrinә dair maariflәndirmәnin aparılma prinsiplәri, vasitәlәri, istiqamәtlәri, maariflәndirmәni hәyata keçirәn dövlәt qurumlarının dairәsi vә onların funksiyaları müәyyәn edilib.
İlk dәfә olaraq mәhz bu sәnәddә “erkәn nikah”, “qohumlar arasında nikah” vә “erkәn nikahın vә qohumlar arasında nikahın mәnfi nәticәlәri” anlayışlarının izahı verilib. Qaydada erkәn nikah - 18 yaşadәk şәxslә bağlanmış nikah hesab edilir. Qohumlar arasında nikah dedikdә isә baba vә (vә ya) nәnәsi ümumi olan şәxslәr arasında bağlanmış nikah nәzәrdә tutulur.
Qaydanın 1.2-ci bәndindә gәnclәr arasında maariflәndirmә sahәsindә tәdbirlәri hәyata keçirәn dövlәt qurumların siyahısı vә onların vәzifәlәri da açıqlanır: Tәsdiq edilmiş Qәrarın 2-ci hissәsindә Azәrbaycan Respublikasının Ədliyyә Nazirliyi vә Azәrbaycan Respublikasının Dövlәt Statistika Komitәsi tәrәfindәn 18 yaşadәk (erkәn nikah) vә yaşı 18-dәn 29-dәk olan gәnclәrin nikaha, o cümlәdәn müvafiq әrizәlәrindәki mәlumatlara әsasәn qohum hesab edilәn şәxslәr arasında nikaha daxil olması vә bu gәnclәr arasında bağlanmış nikahın pozulması hallarının statistikasının illәr üzrә aparılmasını tәmin etmәk üçün müvafiq tәdbirlәrin görülmәsi nәzәrdә tutulur.
Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası ilə əlaqədar olaraq, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri həm əhali arasında, həm də kütləvi informasiya vasitələrində aidiyyəti qurumlarla birgə mütəmadi maarifləndirici tədbirlər həyata keçirir, həmçinin nikaha daxil olmaq üçün müraciət etmiş erkən nikah yaşında olan (18 yaşadək) gəncləri, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mümkün ola biləcək mənfi təsiri barədə məlumatlandırırlar. Bu istiqamətdə hәyata keçirilәn tәdbirlәrdә erkәn nikah vә qohumlar arasında nikahın tibbi әks göstәrişlәri barәdә mühazirәlәr söylәnilir, sağlam ailә planlaşdırılması vә reproduktiv sağlamlıq istiqamәtindә maariflәndirici söhbәtlәr aparılır. Bu mәnada tәdbirlәr, “Ailә dәyәrlәrinin tәbliği”, “Ailә planlanması vә reproduktiv sağlamlıq”, “ Qan qohumları arasında nikah və onun fәsadları”, “Sağlam hәyat naminә erkәn nikaha yox deyәk” devizi altında hәyata keçirilir.
Eyni zamanda qan qohumları arasında bağlanan nikahın tibbi fəsadları barədə məlumatları özündə ehtiva edən “Qan qohumları arasında nikah və onun fəsadları” adlı maarifləndirici buklet və ailənin qorunması vә möhkәmlәndirilmәsi mәqsәdi ilә bu sahədə tədbirlər davam etdirilərək, digər təbliğat xarakterli bukletlər hazırlanaraq, gәnclәr arasında yayılır.
Sonda qeyd etməliyəm ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu Ulu Öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür.
Xalqımızın milli sərvəti olan Ümummilli Liderin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu, Heydər Əliyev dühasını, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini, dövlətçilik amallarını və yüksək ideyalarını yeni nəsillərə aşılamaq, dahi şəxsiyyətin amallarının öyrənilməsi və təbliği, bu müqəddəs mirasın qorunub saxlanılması məqsədilə əhatəli tədbirlər planı həyata keçirilr. Bu məqsədlə keçirilən tədbirlərə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri də fəal şəkildə qatılaraq, Heydər Əliyev mərkəzlərində yeni ailə həyatı quran gənclərin nikahlarının və yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyatı mərasimləri keçirir, onlara fəxrlə müvafiq şəhadətnamələr və bu yubiley münasibəti ilə Ədliyyə Nazirliyi tərəfindən nəfis şəkildə hazırlanmış nikah və doğum bukletləri təqdim edilir. Yeni ailə quranlara və körpələrin valideynlərinə, bu günün onların həyatında xüsusilə əlamətdar hadisə olduğu və həmçinin “Heydər Əliyev İli” nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqları bildirilib, xoş arzu və təbriklər ifadə olunaraq, foto şəkillərlə yaddaşlara köçürülüb.
Lətafət Hacıyeva
Bakı şəhəri Sabunçu rayon
Qeydiyyat şöbəsinin rəisi,
Ədliyyə Müşaviri