Qəbələdə selə görə təhlükəli vəziyyətdə qalan beş nəfər xilas edilib
02-iyl, 11:54 116 GündəmNazirlikdən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıblar.
Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Orxan Qurban oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Elşən Eynulla oğlu Abbasov, 1989-cu il təvəllüdlü Elşən Elxan oğlu Şabıyev, 1990-cı il təvəllüdlü Şakir Akif oğlu Şirvanzadə və 1990-cı il təvəllüdlü Pünhan Sübhan oğlu Əsədovu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.