Zəlzələ zamanı nələrə diqqət etməliyik?

Zəlzələ zamanı diqqət etməli olduğumuz qaydaların siyahısını təqdim edirik:
İlk növbədə yaşadığınız evin çıxış qapısını açın, çünki, hər hansı deformasiya qapını açmağı mümkünsüzə çevirə bilər.
Daha sonra pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanmaq lazımdır.
Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
Liftdən istifadə etməyin.
Küçədəsinizsə, açıq sahəyə qaçın, binalardan uzaqda, elektrik xətlərindən və ağaclardan kənar yerdə dayanın.