Heydər Əliyevin təhsil siyasəti
16-avq, 14:41 142 Gündəm / TəhsilTarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir.
Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.
Tarixin haqsızlığı üzündən milli dövlətçiliyindən ayrı düşmüş, milli hissiyatı buxovlanmış Azərbaycan xalqı məhz o illərdə sosial–iqtisadi və mədəni tərəqqi yoluna qədəm qoymuş, xalqın özünüdərki və özünü təsdiqləməsi üçün zəruri, ilkin şərtlər yaradılmış, əhalinin intelektual inkişaf səviyyəsi ölçüyəgəlməz dərəcədə yüksəlmişdir. Heydər Əliyev milli tərəqqinin, elmin, mədəniyyətin və mənaviyyatın inkişafının əvəzedilməz vastəsi olan təhsilə tövhələrindən, qayğısından, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətləri ölçüyə gəlməzdir.
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluqu ilə seçilir. Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır.
Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir:
“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır. Ölkəmizdə hələ də milli tərbiyə konsepsiyası işlənməmişdir. Lakin cənab Heydər Əliyevin çıxış, nitq və məruzələrində irəli sürülən təklif və fikirlər tərbiyyə işinin həm məzmununu,həm də həyata keçirilmə yollarını müəyyənləşdirir.
Təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm sahəsi olduğunu ön plana çəkmişdir. Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətin büyük təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisas və ali məktəblərdəə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün effektiv üsul və metoların tətbiqi önə çəkilmişdir. Heydər Əliyev həmişə öz nitqində demişdir:
“İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.”
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.
Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib. Qəbul оlunmuş “Təhsil haqqında” Qanun və оna uyğun aparılan islahatlar, bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Bu da “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtəşəm uğurudur.
YUSİBOV YUSİF ƏMİRALI OĞLU
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU
Kimya elmləri doktoru, professor