Separatçılar Azərbaycanı tərk edirlə
21-avq, 11:13 106 Gündəm / BölgəXankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib.
Qeyd olunur ki, onlar, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.
Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər.
Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.
Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Baku TV “Laçın” sərhəd-buraxılış məntəqəsindən ermənilərin sərbəst keçidi prosesini canlı bağlantı ilə yayımlayır:
10:29
Qarabağın erməni sakinləri növbəti dəfə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirlər.
Oxu.Az xəbər verir ki, Qarabağın erməni sakinlərinin bu gün də sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçidi təmin olunub.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.