“Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcək

“Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcək
Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.
Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman – bütün dövrlər üçün aktualdır. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanın inkişafının böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.    2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi  Ümummilli liderimizin əziz xatirəsini  böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən  ən mühüm tədbirlərdən biridir.
Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə bu il bölgələrdə olduğu kimi, Bakı şəhərində    vətəndaşların istəyilə  “Açıq qapı” günləri keçiriləcək.
“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində vətəndaşların xahişi ilə yeni ailə həyatı quran gənclərin nikahının, yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli şəkildə qeydiyyat mərasimləri keçiriləcək, onlara müvafiq doğum haqqında şəhadətnamələr təqdim olunacaq.  
“Heydər Əliyev İli”nə təsadüf edən  doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini yeni ailə quranlar və yeni dünyaya gələn körpələrin valideynləri həyatlarının ən xoş anları kimi daim xatırlayacaqlar.  Bu yenilik  ümummilli liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olacaq.
 
  Uşaqlar cəmiyyətin sabahıdır.  Onların yüksək standartlara cavab verən təlim-tərbiyə xidmətləri ilə təmin olunması ölkəmizdə əsas istiqamətlərdəndir.   Bu gün ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində olduqca böyük işlər görülür.  Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı  təşəbbüsün bu gün də layiqli şəkildə davam etdirilir.   Ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlara göstərilən diqqət və qayğı özünü ən aydın şəkildə göstərir.
“Heydər Əliyev İli”   müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacağına əminlik yaradır.
Ədliyyə işçiləri olaraq hər birimiz əminik ki,   “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı  dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir, müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir.  
Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.
“Heydər Əliyev İli”nə təsadüf edən  doğumun təntənəli qeydiyyatı mərasimlərinin vətəndaşları üçün ədliyyə fəaliyyəti ilə bağlı qəsəbələrdə də “Açıq qapı” günləri keçiriləcək. Yeni ailə həyatı quran gənclərin nikahlarının və yeni dünyaya gələn uşaqların doğumlarının Heydər Əliyev Mərkəzində təntənəli qeydiyyatı mərasimləri baş tutacaq,  onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.
Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyev öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksələrək əbədi yaşayacaq.  Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində, ədliyyə işmisi olaraq hər birimizin ürəyində əbədi   yaşayır və daim yaşayacaqdır.

Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi