Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulacaq
04-okt, 10:58 107 Gündəm / İdmanBu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə E, D, F və G qrupunun qarşılaşmaları keçiriləcək.
Turnirin son qalibi “Mançester Siti” Almaniyada “Leypziq”in qonağı olacaq.
“Barselona” Portuqaliya, “Milan” Almaniya, PSJ isə İngiltərə səfərinə yollanacaq.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, II tur
4 oktyabr
E qrupu
20:45. “Atletiko Madrid” (İspaniya) - “Feyenoord” (Niderland)
23:00. “Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya)
Xal durumu: “Feyenoord - 3, “Latsio” - 1, “Atletiko Madrid” - 1, “Seltik” - 0
H qrupu
20:45. “Antverpen” (Belçika) - “Şaxtyor” (Ukrayna)
23:00. “Portu” (Portuqaliya) - “Barselona” (İspaniya)
Xal durumu: “Barselona” - 3, “Portu” - 3, “Şaxtyor” - 0, “Antverpen” - 0
F qrupu
23:00. “Nyukasl” (İngiltərə) - PSJ (Fransa)
23:00. “Borussiya Dortmund” (Almaniya) - “Milan” (İtaliya)
Xal durumu: PSJ - 3, “Nyukasl” - 1, “Milan” - 1, “Borussiya Dortmund” - 0
G qrupu
23:00. “Leypziq” (Almaniya) - “Mançester Siti” (İngiltərə)
23:00. “Srvena Zvezda” (Serbiya) - “Yanq Boyz” (İsveçrə)
Xal durumu: “Leypziq” - 3, “Mançester Siti” - 3, “Srvena Zvezda” - 0, “Yanq Boyz” - 0.